Yuxarı

Şahbaz Şərif azərbaycanlı nazirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahbaz Şərif azərbaycanlı nazirlə görüşdü

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistanda rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Axar.az-a bildirilib ki, qardaş ölkənin Baş naziri Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, Pakistan və Azərbaycan arasında yüksələn xətlə inkişaf edən uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin getdikcə daha da dərinləşməsindən məmnunluğunu ifadə edib.

Göstərilən qonaqpərvərliyə, ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən Birgə Komissiyanın həmsədri, nazir V.Mustafayev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cənab Məhəmməd Şahbaz Şərifə və Pakistan xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırıb.

V.Mustafayev Azərbaycanın və Pakistanın dövlət başçılarının məqsədyönlü siyasəti və birgə səyləri nəticəsində ölkələrimiz arasında durmadan inkişaf edən tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinin xalqlarımızın rifahı və tərəqqisinə önəmli töhfələr verdiyini qeyd edib.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına onun səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Görüşdə Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib, Azərbaycanın və Pakistanın çox şaxəli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlərin uğurla aparıldığı vurğulanıb. Etibarlı tərəfdaş və qardaş ölkələrin dövlət mənafelərinin səmərəli təminatı istiqamətində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Tarix
2025.01.24 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla