Yuxarı

Bu materialı Bakı və İrəvanın tələbi ilə verə bilərik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu materialı Bakı və İrəvanın tələbi ilə verə bilərik

Moskva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş olduğunu görür.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O bildirib ki, Rusiya Bakı və İrəvan arasında iki ölkənin sərhədlərinin Gürcüstanla qovuşmasından başlayaraq cənuba doğru delimitasiya və demarkasiya prosesinə başlamaq barədə razılaşmanı alqışlayır:

"Çox böyük, yaxşı irəliləyiş əldə olunub. Sərhədin bir hissəsi delimitasiya və demarkasiya edilib".

Overçuk qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesini həmişə dəstəkləyib və sorğu əsasında kartoqrafik materialları təqdim etməyə hazırdır:

"Moskva bu sahədə, o cümlədən Azərbaycanın özü ilə bağlı geniş təcrübəsindən istifadə edərək ölkələrə məsləhətçi yardım göstərməyə hazırdır. Bilirsiniz ki, Rusiyanın müvafiq kartoqrafik materialı var, lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə verilə bilər".

Tarix
2025.01.29 / 16:33
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla