Yuxarı

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi labüddür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlumdur ki, son iyirmi il ərzində Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi məsələsi dövlətin prioritet fəaliyyət istiqaməti kimi müəyyən etdiyi sahələrdən biridir. Burada söhbət eyni zamanda həm daxili yolların, həm də beynəlxalq əhəmiyyətli yol infrastrukturunun yenilənməsindən gedir. Bu baxımdan cənab Prezident İlham Əliyevin yanvarın 28-də keçirdiyi nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

O bildirib ki, müşavirədə çıxış edən dövlət başçısı görülən işlərin təhlili və qarşıda duran vəzifələrin icrası ilə bağlı önəmli fikirlər səsləndirib, açıqlamalar təqdim edib:

"İlk növbədə, Bakı şəhərinin və paytaxtın ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı məsələsi müzakirə olundu. Qeyd edək ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük nəqliyyat layihələri icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Əgər bu işlər görülməsəydi, bu gün paytaxtımızda nəqliyyat, ümumiyyətlə, iflic vəziyyətinə düşərdi. Eyni zamanda, son illər ərzində bütün ölkə üzrə bir çox mühüm nəqliyyat layihələri icra edilmişdir. Bu gün ölkəmizdə rahat və təhlükəsiz kənd yolları, müasir şəhərlərarası yollar və ən yüksək beynəlxalq standartlara cavab verən magistral yollar mövcuddur".

K.Qafarov ölkəmizdə dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi istiqamətində aparılan işlərin əhəmiyyətindən də bəhs edib:

“Son illər ölkəmizdə dəmir yolu infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində də böyük işlər görülüb. Bu işlərdən danışarkən Bakı-Tiflis-Qars dəmir yolunun inşası xüsusi qeyd olunmalıdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu layihənin reallaşmasına uzun müddət erməni diasporunun təzyiqi altında ABŞ hökuməti mane olurdu. Bakı-Tiflis-Qars dəmir yolunun inşası birbaşa Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Azərbaycan bu layihəni icra etmək istəyəndə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Lakin cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu məsələ də öz həllini tapdı. İlk növbədə, Gürcüstan bir neçə il davam edən danışıqların nəticəsi olaraq razılığa gəldi. Eyni zamanda, cənab Prezident Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə edərək onları inandıra bildi ki, onlar bu layihənin icrasına maneə törətməməlidirlər. Çünki bu strateji layihədən digər ölkələr, o cümlədən ABŞ-nın müttəfiqləri də faydalanacaqlar. Həyat özü göstərdi ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu mülahizəsində də tam haqlı idi və bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tiflis-Qars dəmir yoluna, eləcə də Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına çox böyük maraq göstərirlər. Artıq bu gün müxtəlif ölkələrin yükləri Aralıq dənizi istiqamətinə, Avropaya, Türkiyəyə məhz bu yolla daşınır. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaqlar”.

Tarix
2025.01.30 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-İsrail əlaqələri müzakirə edildi

Bu, Azərbaycana qarşı şantajdır: rədd edirik! - XİN

Rubio bu ölkəyə tələblə gedir: ABŞ gücə al ata bilər!

İrəvan Bakının layihəsinə qoşulmaq istəyir

Bakı ilə bunu həyata keçirmək niyyətindəyik - Paşinyan

Maskın şirkətində Süleyman Kərimovun da payı var imiş

Milyard dollarlıq layihə: Soydaşlarımızın yaşadığı bu kəndlər...

SSRİ arxivindən sənəd: Zəngəzur yolu kimindir? - Video

Əli Əsədov Almatıda səfərdədir

Dəhlizin bu görüntüləri Ermənistan ərazisindədir? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla