Yuxarı

O, Türkiyə vətəndaşlığından çıxarılmalıdır - TADEF

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, Türkiyə vətəndaşlığından çıxarılmalıdır - TADEF

Türkiyə Böyük Millət Məclisinin (TBMM) HDP-dən olan sabiq erməniəsilli deputatı Qaro Paylanın Ermənistanda iştirak etdiyi bir proqramda Azərbaycan əleyhinə işlətdiyi ifadələr qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu fikirlər Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mövzu ilə bağlı açıqlamasında yer alıb.

TADEF-in mətbuat katibi, İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu Qaro Paylanın bu sözlərini bölgədə qarışıqlıq yaratmaq məqsədilə törədilən təxribat kimi qiymətləndirib:

“Federasiya olaraq bu sözləri şiddətlə qınayırıq. Bölgənin sülh və sabitliyə ehtiyacı olduğu bu dövrdə belə bir açıqlama düşmənçilikdən başqa bir şey deyil. Paylanın Türkiyə vətəndaşlığından çıxarılmasını və ən ağır şəkildə cəzalandırılmasını istəyirik. Cənubi Qafqaz xalqlarının uzun illər gözlədiyi sülhün bu qədər yaxın olduğu bir dövrdə nümayiş etdirilən bu kin və nifrət bölgəni qıcıqlandırmaqdan, bu sözləri ifadə edən kəsin bədbəxt ideologiyasının üzə vurmasından başqa bir şey deyil”.

Paylanın bununla imperialist düşüncələrə xidmət etdiyini göstərdiyini qeyd edən Səfər Qaraqoyunlu deyib:

“Ona xatırlatmaq istəyirik ki, ermənilərin riyakarlığı səbəbindən uzun illər öz doğma yurd-yuvalarından didərgin salınan azərbaycanlılar bu gün tarixi torpaqlarına qayıdır və bu böyük qayıdış davam edəcək. Qaro Paylan kimilərinin dar düşüncələrinin əksinə, Qafqazda sülh və sabitlik davam edəcək, oradakı xalqlar Azərbaycanın sayəsində nəhayət ki, rifaha çatacaqlar”.

Tarix
2025.02.03 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla