Yuxarı

Maydanda bu an nə baş verir? - Canlı müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maydanda bu an nə baş verir? - Canlı müsahibə

"Axar.az" Ukraynadakı son durum haqqında Maydan iştirakçısı Oksana Semenişından müsahibə alıb. Həmin müsahibəni oxuculara təqdim edirik.

- İndi Maydanda vəziyyət nə yerdədir?

- Burada vəziyyət sadəcə, dəhşətdir. Qan su yerinə axır. Çoxlu ölən və yaralanan var. Bütün bunlar bizim "prezident"imizə görədir.

- Deyilənə görə, 30-a yaxın insan həyatını itirib, 500-dən çox insan yaralanıb.

- Bu gün səhər yaralananların sayının 1000 nəfər olduğu barədə xəbər verilib. Amma ölənlərin sayı hələ dəqiq bilinmir.

- Ölənlər arasında jurnalistlər də varmı?

- Var. Bura jurnalistlər üçün çox təhlükəlidir. Çünki milis xüsusilə jurnalistlərə atəş açır. Onlar istəmirlər ki, dünya Maydanda baş verən vəhşiliklər barədə məlumatlansın.

- Bu vəziyyət nə vaxta qədər davam edəcək?

- Biz də bilmirik... İnsanlar sadəcə, milis formasında güllə atan cinayətkarlardan qorunur.

- Qarşıdurma ancaq Maydanda baş verir, yoxsa digər ərazilərdə də?

- Digər şəhərlərdə də toqquşmalar var, xüsusilə qərb bölgələrində

- Deyilənə görə, Rusiya öz silahlı dəstələrini Maydana göndərib. Bu barədə hər hansı məlumatın varmı?

- Düzdür. Rusiyanın xüsusi təyinatlıları artıq 2 aydır ki, burdadır. Onların snayperləri də hal-hazırda Kiyevdədir.

- Siz Yanukoviçin yerində Kliçkonu görmək istəyirsiz?

- Mən dəqiq deyə bilmərəm. Lakin bizim üçün indi əsas olan Yanukoviçin istefa verməsidir.

- Mən Azərbaycan bayrağını da Maydanda gördüm. Orda digər millətlərin nümayəndələri varmı?

- Bizi dəstəkləmək üçün başqa ölkələrdən gələn adamlar çoxdur. Biz onlara minnətdarıq.

- Bütün bu hadisələrdən sonra sizdə hələ də qələbəyə inam qalıbmı?

- Əlbəttə. Bizim başqa çıxış yolumuz yoxdur.

Tarix
2014.02.19 / 13:34
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla