Ana səhifə Gündəm |
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikası Ali Məhkəməsinin sədri xanım Marta Koomenin dəvəti ilə fevralın 3-dən 5-dək bu ölkədə rəsmi səfərdə olub.
Ali Məhkəmədən Axar.az-a bildirilib ki, səfərin ilk günü Keniya Ali Məhkəməsində görüş keçirən nümayəndə heyəti ölkəmizdə məhkəmə sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Azərbaycan məhkəmə sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın artırılması və vahid məhkəmə təcrübəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Görüşdə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin təşəbbüsü ilə “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində görülən işlərlə bağlı geniş təqdimat keçirilib.
Xanım Marta Koomenin isə öz növbəsində Keniya məhkəmə sisteminin fəaliyyəti, rəqəmsallaşma, proseslərin təşkilində informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib.
Səfər zamanı nümayəndə heyəti Keniyanın əsas məhkəmə institutlarına baş çəkib.
Nümayəndə heyəti Azərbaycan Respublikasının Nayrobidəki səfirliyini də ziyarət edib.
Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Keniyadakı səfiri Sultan Hacıyev də iştirak edib.
Tarix
2025.02.05 / 18:45
|
Müəllif
Axar.az
|