Yuxarı

Əliyev güclü mövqedədir, bu bəyanatları... - Stratfor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev güclü mövqedədir, bu bəyanatları... - Stratfor

Çox güman ki, Ermənistan-Azərbaycan proseslərində status-kvo təxminən 2-3 il saxlanılacaq, bu, olduqca mümkün və real görünür.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın “Stratfor” kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr deyib.

“Müharibənin qaçılmaz olduğuna inanmıram, çünki tərəflərdən birinin vəziyyəti kökündən dəyişdirmək üçün fövqəladə tədbirlərin görülməsinin zəruriliyinə inanmasına güclü stimullar yoxdur. Bununla yanaşı, Azərbaycan sərhəd xətti boyunca atəşə tutmaqla hərbi təzyiq göstərmək cəhdlərini davam etdirə və gücləndirə bilər. Ancaq Azərbaycan və Ermənistan arasında razılıq əldə olunmasa belə, böyük müharibənin qaçılmaz olduğunu düşünmürəm”, - analitik bildirib.

Orrun sözlərinə görə, əgər Azərbaycanın böyük hərbi əməliyyatlara başlamaq niyyəti varsa, bunu yayda və ya yayın sonunda keçirmək daha məqsədəuyğundur:

“Ancaq yenə də deyirəm ki, hələlik Azərbaycanın buna ehtiyac gördüyünə inanmırıq. Çox güman ki, onlar öz məqsədlərinə təzyiq yolu ilə nail ola biləcəklərini hiss edirlər və tərəflərin manevr etmək və sövdələşməyə yerləri olduğuna inanırlar. Bu, mütləq tezliklə baş verməyəcək, təzyiq cəhdləri davam edəcək, ona görə də vəziyyət qeyri-sabit olaraq qalır. Bununla belə, bunun böyük hərbi münaqişəyə çevriləcəyinə inanmırıq”.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin Ermənistandan keçən dəhliz və “Sülh kəsişməsi” ilə bağlı son bəyanatları müharibə elanı deyildi:

“Bu onu göstərir ki, Ermənistan və Zəngəzur dəhlizi vasitəsilə tranzit bəziləri üçün sülh müqaviləsinin əsas şərtidir. Lakin bu o demək deyil ki, bu məqam mütləq sülh müqaviləsinə daxil ediləcək, məsələ ilə bağlı müqavilədən kənar çərçivə sazişi olmalıdır.

Əliyev güclü mövqedə olduğuna inanır, ona görə də belə bəyanatlar verir. Ermənistanın baş naziri bu yaxınlarda bəyan edib ki, dəhlizin eksterritorial statusundan danışa bilməzlər, lakin əgər söhbət Ermənistan ərazisindən tranzit üçün bəzi xüsusi şərtlərdən gedirsə, o zaman kompromis əldə oluna bilər və “Sülh kəsişməsi”ndə, digər marşrutlarda Azərbaycandan güzəştlər olarsa, bu halda manevr və kompromis üçün yer var. Hələlik inanırıq ki, manevr üçün yer var və kompromis əldə oluna bilər”.

Tarix
2025.02.07 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla