Yuxarı

AKP Gülənin Azərbaycandakı məktəblərinə yeni lider gətirir – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AKP Gülənin Azərbaycandakı məktəblərinə yeni lider gətirir – Özəl

Fətullah Gülənin Azərbaycandakı məktəbləri onun əlindən alınandan sonra Elşad Mahmudova veriləcək.

"Axar.az"ın məlumatına görə, BDU-nun İlahiyyat fakültəsinin keçmiş müəllimi, tanınmış ilahiyyatçı Elşad Mahmudov Türkiyə rəhbərliyində olan şəxslərlə görüşəndən sonra bu qərar verilib. Bildirilir ki, Elşad Mahmudovun təşəbbüsü ilə qurulmuş "Elm Yurdu" Sosial Araşdırmalar İctimai Birliyinin təşkil etdiyi toplantılarda Elmir Quliyev, Elvüsal Məmmədov, Sənan Əzimov, Azər Abbasov, Qafqaz Abdurrəhimov, İntiqam Güləhmədov kimi simalar iştirak edirlər.

E.Mahmudov Türkiyəyə etdiyi səfərlərdə ixvan təmayüllü Milli Görüş təşkilatının Anadolu Gənclik Dərnəyi tərəfindən təşkil olunan üç aylıq treninqlərində iştirak edib. Türkiyəyə etdiyi səfərlərdə E.Mahmudov AKP-nın səlahiyyətli nümayəndələri, "İxvan-ül-müslimin" ideoloqlarından Yusif əl-Qardavinin ideyalarının Türkiyədəki əsas dəstəklilərindən MÜSİAD (Müstəqil Sənayeçilər və İşadamları Dərnəyi) nümayəndələri, AKP-nin İstanbul bələdiyyə başqanı Kadir Topbaş, mərhum Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanla görüşüb.

Elşad Mahmudovun yaxın zamanlarda yeni siyasi partiya qurmaq üçün AKP-dən böyük dəstək aldığı da qeyd edilir. Ərdoğanın partiyasının dəstəklədiyi bu adamın həmçinin Bakıda Fətullah Gülən məktəblərinin başına gətiriləcəyi ilə bağlı iddialar isə artıq bir müddətdir ki, gündəmdədir. Qeyd olunur ki, onun Azərbaycanda siyasi islamın təbliği və təşviqi istiqamətində aparacağı işlərin maliyyələşdirilməsi məsələsini adı çəkilən qurumlar öz üzərlərinə götürüblər.

E.Mahmudov və yuxarıda adı çəkilən ilahiyyatçılar gələcəkdə bu istiqamətdə fəaliyyət göstərəcək siyasi partiyanın təməllərini atmaq məqsədilə Azərbaycanda tələbə gəncləri bir yerə toplayaraq təşkilatlandırmaq üçün geniş fəaliyyət planı hazırlayıblar və hazırda bunu gerçəkləşdirməkdədirlər.

DQİDK sədri Elşad İsgəndərovla da yaxın təmasda olan Elşad Mahmudov bu iş üçün komitə sədrinin dəstəyini də qazanıb. Keçirdiyi görüşlərdə E.Mahmudov Suriyadakı hadisələrə AKP-nin nöqteyi-nəzərindən yanaşaraq, tələbə gənclərə Bəşər Əsəddən sonrakı dövrdə keçiriləcək azad seçkilərdə "İxvan-ül-müslimin" hərəkatının liderlərinin Suriyada iqtidara gələcəyini söyləyib. AKP ilə sövdələşməyə əsasən, fətullahçıların Bakıdakı məktəbləri əllərindən alınandan sonra həmin məktəblərə rəhbərlik Elşad Mahmudova veriləcək".

Qeyd edək ki, bir müddət öncə Şeyxülislam Allahşükür Paşazadə E.Mahmudovu Bakıdakı İlahiyyat Məscidindəki işindən çıxarıb. Tələbələrlə birlikdə siyasi məsələləri müzakirə etdiyi üçün fakültənin dekanı, akademik Vasim Məmmədəliyev tərəfindən BDU-nun İlahiyyat fakültəsindəki müəllimlik vəzifəsindən də uzaqlaşdırılan Elşad Mahmudov Azərbaycanda siyasi islamın əsas təbliğatçısı və təşkilatçısı kimi təqdim edilir.

Tarix
2014.02.19 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

Prezident FHN əməkdaşlarını təltif etdi

Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi

Putinlə Ərdoğanın danışığı hamını şoka saldı

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla