Yuxarı

Bakıdan yeni qaz tranziti başlayır: ölkəmizə faydaları…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan yeni qaz tranziti başlayır: ölkəmizə faydaları…

Türkmənistan gələcəkdə Azərbaycan üzərindən Avropaya da qaz nəql edə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə nəql olunması barədə danışarkən deyib.

Ekspert bildirib ki, bu layihə illər öncədən müzakirə olunurdu:

“Azərbaycan üzərindən Türkmənistan qazının nəql olunmasının ən yaxşı yolu birbaşa Trans-Xəzər boru kəmərinin çəkilməsi olmalı idi. Baxmayaraq ki, Avropa Birliyi də layihəyə böyük yatırım ayırmağı düşünürdü. Ancaq İran və Rusiya uzun müddət bu boru kəmərinin çəkilməsinə maneçiliklər törədirdilər və bu layihəni də reallaşdırmaq mümkün olmurdu.

Ancaq indi sxem bir az fərqlidir. Çünki hazırda Türkmənistan, Azərbaycan və İran arasında svop anlaşması imzalanıb. Türkmənistan öz qazını İranla sərhəddində İrana verir. Anlaşmaya görə də Azərbaycan eyni həcmdə qazı İran üzərindən alır, Bakı-Tiflis-Ərzurum qaz kəməri, TANAP vasitəsi ilə Türkiyəyə ötürə bilir.

Təbii ki, bu, Azərbaycana tranzit gəlirlər baxımından uğurlu müqavilədir. O cümlədən, gələcəkdə svop anlaşmanın həcmi genişlənərsə, Avropa istiqamətinədə də Türkmənistan qazının nəql olunması mümkün ola bilər”.

Qeyd edək ki, 2025-ci il martın 1-dən etibarən Türkmənistan qazı Azərbaycan üzərindən Türkiyəyə nəql olunacaq.

Tarix
2025.02.16 / 09:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla