Yuxarı

Rusiyadan Bakıya inanılmaz böhtanlar: Zatulin yenə “öndədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə Moskvada təşkil etdiyi dəyirmi masada Azərbaycanın əleyhinə tarixi saxtalaşdıran, heç bir sərhəd tanımadan yalan və böhtanlar üzərində qurulmuş çıxış edib.

Zatulin hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı ağzına gələni danışıb və “ermənidən daha artıq erməniliklə” Ermənistana yalaqlanmağa davam edib.

“Yalaqlanmaq” ifadəsini təsadüfən seçmədik: çünki 3 ildir Zatulinin Ermənistana girişi qadağan olunub və bu şəxs qara siyahıya salınıb. Ermənilərə hər zaman xidmət etdiyini uca səslə bağıran Zatulin bu qadağanın səbəbini "anlamasa" da, İrəvana, xüsusilə “Lazarev klubu”nun təşkil etdiyi tədbirə gələ bilməməsindən dərin məyusluq keçirirdi – hər necə olsa, siyasi görəvlə birgə, erməni diasporunun ona buraxdığı “mayanı” doğrultmağa çalışırdı. Əslində bu maliyyənin kəsiləcəyindən narahat idi.

İndi isə Zatulin önündə “geniş perspektiv” görür: həm erməni diasporu kisənin ağzını açıb, həm "Lazerev klubu"nun tədbirinə "canlı" qatıla bilib (qadağa səbəbindən İrəvandakı tədbirlərə "onlayn" qoşulurdu), həm də AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra yaşananlar fonunda Azərbaycana qarşı "nələrə qadir olduğunu" göstərmək fürsəti qazanıb.

Amma Konstantin Zatulin elə saxta, yalan və böhtanlar yağdırıb ki, həddi keçdiyindən, öz-özünü dolaşdırıb.

O, “Qarabağ rəhbərliyi”nin mühakimə olunmasını həm “şəxsi revanş”, həm də “repressiya” adlandırıb.

Birincisi, repressiya – dövlət aparatının vətəndaşa qarşı ayrı-seçkilik, məhkəmədənkənar zorakılığı, insan hüquqlarını məhdudlaşdırması, siyasi fəalların, dissidentlərin və ya ümumi əhalinin məhkəmədənkənar cəzalandırılması kimi məzmunları əhatə edir. Zatulin “repressiya” ifadəsi ilə bu mühakimənin dövlətdaxili iş olduğunu qəbul edirsə, onları niyə “dqr” rəhbərləri kimi təqdim edir?

İkincisi, repressiya – məhkəmədənkənar prosesdir: Hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin isə açıq məhkəmə iclasları keçirilir, onlara xarici ölkədən milyonlarla dollar hesabına vəkil tutulmasına da şərait yaradılıb, saxlanma şəraitlərindən bir dəfə də olsun narazılıq etməyiblər, bütün hüquqları təmin edilir və Qırmızı Xaç vaxtaşırı olaraq onları yoluxur.

Repressiya – heç bir telefon zənginə icazə verilməyən, "yoxa" çıxarılan, türmədə qətlə yetirilən Aleksey Navalnı olayıdır; Moskvada, Kremlin yanındaca qətlə yetirilən Boris Nemtsovdur, Londonda öldürülən Litvinenkodur, zəhərlənən Skripaldır və s.

Yeri gəlmişkən, Boris Nemtsovun qətlinin sabah ildönümüdür – yəqin Zatulin təhtəlşüuri olaraq bu məqamdan "təsirlənib"!

Zatulin erməni yalına o qədər aludə olub ki, ittiham olunan şəxslər haqda deyib: “Sözügedən şəxslərin hamısı Minsk Qrupu çərçivəsində ümumi dinc tənzimlənmə prosesində uzun illər ərzində Azərbaycan rəhbərliyinin danışıqlarda tərəfdaşı olub”.

Bu, Zatulinin özü üçün belə həddən artıq ağ yalandır: Minsk Qrupu çərçivəsində danışıqlarda Azərbaycan rəhbərliyi Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyanlamı “danışıqlar” aparıb? Azərbaycan rəhbərliyi yalnız və yalnız münaqişənin tərəfi kimi Ermənistan rəhbərliyi ilə görüş keçirməyibmi? Bu məlum və hər kəsə bəlli həqiqəti həyasızcasına, insanların gözünə baxa-baxa təhrif edib uydurmaq üçün erməni yalından, deyəsən, çox yallanıb Zatulin!

Zatulin daha sonra “erməni tarixçisinə” çevrilir, uydurulan “erməni tarixindən” bəhs edir və erməniləri Qafqazın ən qədim xalqı adlandırır! “Azərbaycanlılar ermənilərlə birlikdə yaşayıblar, ancaq ermənilərdən öncə deyil” deyir; "Dağlıq Qarabağın tarixi və mədəniyyətinə aid bu və digər abidələr azərbaycanlıların nəinki bu ərazidə mövcud olmadığı, heç bir millət kimi də mövcud olmadığı dövrə aiddir" söyləyir; Alban abidələrinin bərpasından narahat olur, guya bunlar erməni abidələri imiş.

Yəqin Zatulin öz tarixçilərini və Türkmənçay müqaviləsini “oxumayıb”; ermənilərin bura necə köçürülüb gətirilməsindən, 1834-cü ildə çar fərmanı ilə Alban abidələrinin haylara necə ərmağan edilməsindən “xəbərsizdir”.

Əlbəttə, Zatulinin – son 2-3 ildə Ermənistana qarşı belə çıxışları ilə “seçilən” bu dəyişkən, sürüşkən və yalnız yala işləyən “zat”ın sözlərinə əhəmiyyət verməmək olardı. Lakin onun hərbi cinayətlərdə ittiham olunanlar və Bakıda məhkəməsi keçirilənlər haqqında çıxışa başlayarkən “Biz Rusiyada - mən Rusiya Dövlət Dumasının deputatıyam - buna necə yanaşmalıyıq? Təbii ki, repressiya kimi” sözləri ciddi siqnaldır.

Zatulin kimin adından danışır?

O, yalnız öz adından deyil – Dövlət Dumasının deputatı olduğunu vurğulamaqla, müəyyən statuslu şəxs kimi, eyni zamanda Rusiya deputatları və az qala Duma adından danışır.

Ona bu səlahiyyəti Dövlət Duması verməyibsə, mütləq Vyaçeslav Volodinin reaksiyası olmalıdır.

Hansısa bir azərbaycanlı jurnalistin iddialarından “narahat olan” Rusiya öz deputatı, Dumada komitə sədrinin birinci müavini, bu səlahiyyətlərdə də qalmayıb, Duma adından danışmağa cəsarət edən Zatulinin sözlərinə necə yanaşır?

Bu, dövlət siyasətidir, yoxsa Zatulinin Moskvaın mərkəzində erməni yalının təsirindən çıldırmağı?

Bu suala Dövlət Duması rəsmi aydınlıq gətirməlidir!

Tarix
2025.02.26 / 23:35
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Paşinyan müharibə ehtimalından danışdı

Sülh sazişində iki bənd: bura dəhliz aid deyil - Paşinyan

Bakıya elə təklif vermişik ki, imtina... - Paşinyan

Üç ölkənin XİN başçısı Türkiyədə toplanır

Xocalı ilə bağlı Quterreşə məktub göndərildi

Milanda vəfat edən generalın oğlunun cənazəsi Bakıya gətirilir

Azərbaycanlı hərbi kursant Tükiyədə vəfat etdi - MN

Almaniya səfirindən Xocalı faciəsi ilə bağlı paylaşım

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

MM Xocalı soyqırımı ilə əlaqədar müraciətlər ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla