Yuxarı

İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - Sənəd

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-ci ildə Azərbaycan Milli Məclisinin sədri vəzifəsini icra edən İsa Qəmbərin Bakıda erməni deputatlarla gizli danışıqlar apardığı iddia olunur.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, sabiq baş nazir Pənah Hüseyn səsləndirilən fikirlərə münasibət bildirib.

O qeyd edib ki, bu iddianı sabiq müdafiə naziri Rəhim Qazıyev yayıb:

“Qazıyev çıxışlarının birində deyib ki, guya İsa Qəmbər bir qrup erməni deputatın Azərbaycan və Ermənistan arasındakı münaqişəni dinc yolla nizamlamaq məqsədli yazılı müraciətini parlament üzvləri və xalqdan gizlədib. Bu müraciət sonralar İ.Qəmbərin arxivindən çıxarılaraq Rəhim Qazıyevə ötürülüb. İddiaya görə, bu fakt isə Əbülfəz Elçibəy komandasına daxil olan vəzifəli şəxlərin qaranlıq əməlləri və şübhəli əlaqələrinə növbəti bir dəlildir. Bilmirəm buna qəzəblənim, yoxsa gülüm. Bir neçə il bundan əvvəl də R.Qazıyevlə debatların birində dedim ki, o, yalan danışır”.

P.Hüseyn Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın dövründə parlamentin deputatı olan Aşot Bleyan və onun gətirdiyi müraciətlə bağlı sübutlar da dərc edib:

“5 noyabr, 1992-ci ildə, Bleyan Bakıda olduğu vaxtda, parlamentin spikeri İsa Qəmbər iclasda çıxış edərək sözügedən məsələ və sənəd haqqında deputatlara məlumat verib. Səhəri gün müvafiq məlumat rəsmi dövlət qəzeti olan “Azərbaycan”da dərc edilib. Yəni bütün ölkə və dünya ictimaiyyəti bir qrup erməni deputatların müraciəti ilə tanış olub. Nəhayət, Bleyan elə Bakıda olarkən həmin sənəddə imzası olduğu deyilən Ermənistan parlament üzvlərinin bundan imtina etdikləri barədə İrəvanda açıqlama yaydı. Həmin açıqlama Ermənistan mediasında da dərc edilərək Bakıya da çatdı”.

Tarix
2025.02.27 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili

Sübhaninin təxribatçı iddiası... – XİN-dən açıqlama

“Qərbi Azərbaycan” ifadəsini işlətmək yolverilməzdir - Sübhani

İrandan təxliyə davam edir: ölkəmizə gələnlər... - Foto

İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!

İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi

İran-İsrail qarşıdurması: Bakı ilə bağlı cəfəngiyyat... - Prezident

İlham Əliyev İran səfirini qəbul etdi - Foto

Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla