Yuxarı

Trampı “dəli” edən məqam: Zelenski görüşdən öncə... – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratlar Partiyasından olan senator Kris Mörfinin Ağ Evdəki 28 fevralda baş tutan qalmaqallı görüşdən bir saat əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin demokratlarla müzakirəsi haqda postu Tramp və tərəfdarlarının əks-təbliğatına səbəb olub.

Axar.az xəbər verir ki, əsasən X sosial şəbəkəsində yayılan məlumatlarda “Lokid Martin” şirkəti tərəfindən maliyyələşdirilən, müharibədən milyardlar qazanan “Halibarton”şirkətinin rəhbərinin qızı, prezidentliyə namizəd Kamala Harrisin komandasında çalışan Liz Çeyninin də iştirak etdiyi görüşdə Zelenskiyə Trampla heç bir saziş bağlamamaq barədə təlimat verildiyi iddia edilir.

Bildirilir ki, Tramp və Vens bu görüşdən xəbər tutduqları üçün Zelenskiyə qarşı aqressiv davranıblar.

Qeyd edək ki, həmin görüş həqiqətən də olub və görüş barədə Kris Mörfi özünün X səhifəsində fevralın 28-də məlumat paylaşıb.

“Vaşinqtonda Prezident Zelenski ilə görüşü yenicə başa vurdum. O təsdiqlədi ki, Ukrayna xalqı Putinin istədiyi hər şeyi aldığı və Ukrayna üçün təhlükəsizlik tədbirləri olmayan saxta sülh sazişini dəstəkləməyəcək”, - senator görüşlə bağlı yazıb.

Daha sonrakı postunda isə Kris Mörfi görüşdə demokratların Zelenskiyə Trampla heç bir saziş imzalamamaqla bağlı göstəriş verməsi barədə yayılan məlumatların yalan olduğunu açıqlayıb:

“Son 24 saat ərzində MAGA (Trampın seçki devizi: "Amerikanı qüdrətli dövrünə qaytaracağıq" – red.) dayanmadan demokratların - Syuzan Raysdan Entoni Blinkenə qədər - Zelenskini nadir torpaq ehtiyatları ilə bağlı sövdələşməni rədd etməyə sövq etdiyi iddiasını yayır. Tam yalan və sıfır mənbəsi olan məlumatdır. Hətta “Nyu York Post” yazarı mənim Zelenskinin pis atəşkəs razılaşmasına qarşı çıxması ilə bağlı məlum yazımı “Demokratlar ona nadir torpaq ehtiyatları ilə bağlı sövdələşməni rədd etməyi məsləhət gördü” iddiasına çevirib”.

Tarix
2025.03.05 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

TDT-nin bayrağı kosmosa göndəriləcək

Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?

Kelloq Umerovla görüşdü

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?

İstanbulda daha bir bələdiyyə sədri saxlanıldı

Kirk simvola çevriləcək, qarşıdurma artacaq

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla