Yuxarı

Makronun çağırışı: Avropada xaos yaşanır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makronun çağırışı: Avropada xaos yaşanır!

Fransa Prezidenti Emmanuel Makronun son çıxışı göstərir ki, Avropanın təhlükəsizliyi ilə bağlı yeni çağırışlar aktuallaşır. Makron hesab edir ki, Ukraynadakı müharibə indiki şəraitdə bitərsə, bu, Rusiyanın qələbəsi olacaq və nəticədə Rusiya Avropa üçün daha böyük problemlər yaradacaq.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Fransa Prezidenti Emmanuel Makronun ötəngünkü xalqa müraciətini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, ABŞ-ın Ukrayna ilə bağlı yeni siyasəti Parisin maraqlarına uyğun deyil:

“Bu çağırışın əsas səbəblərindən biri ABŞ-ın əvvəlki kimi Ukraynanın təhlükəsizliyinə eyni həcmdə dəstək vermək istəməməsidir. ABŞ hazırda müharibənin bitməsini istəyir və Avropanın təhlükəsizliyinə məsuliyyət daşımaqdan yayınır. Xüsusilə də Donald Tramp administrasiyasının Avropanın müdafiəsinə əvvəlki kimi diqqət yetirmək niyyətində olmadığı görünür. Tramp televiziyada verdiyi açıqlamalarda vurğulayır ki, ABŞ artıq Avropanın təhlükəsizliyinə cavabdehlik daşımayacaq.

Bundan əlavə, Avropa Birliyi daxilində də bu məsələdə fikir ayrılığı var. AB ölkələrinin hərbi xərclərini artıraraq təhlükəsizliyə 800 milyard avro ayırması təklif edilsə də, bu vəsaitin necə toplanacağı və hansı ölkələrin xərclərini artıracağı sual doğurur. Trampın birinci prezidentliyi dövründə də Avropadan hərbi xərclərini artırması tələb olunmuşdu, lakin yalnız Polşa bu tələbi yerinə yetirdi. İndi də digər ölkələrin bu yöndə addım atacağına dair qəti inam yoxdur”.

Ekspertin fikrincə, Makron Avropanın təhlükəsizlik strategiyasını gücləndirməyin yollarını axtarır:

“Makron Avropanın təhlükəsizliyinə dair təşəbbüslər irəli sürməkdə davam edir. Onun əsas narahatlığı AB daxilində fərqli maraqların olmasıdır. Məsələn, Fransanın təhlükəsizlik maraqları Macarıstanın maraqları ilə üst-üstə düşmür. Buna baxmayaraq, Makronun Fransa liderliyini qorumaq və Avropanın təhlükəsizlik strategiyasını gücləndirmək üçün alternativ yollar axtardığı açıq şəkildə hiss olunur”.

Tarix
2025.03.06 / 15:41
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan

Xarici ölkələrin NATO-dakı səfirləri Azərbaycana gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla