Yuxarı

Oleq Bakinskinin məhkəməsinə şahid məcburi gətiriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet, "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Andreyeviç Krapivin və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Konstantin Antonoviç Kuçerin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.

Şahid qismində dindirilən Arif Hüseynov deyib ki, 2022-ci ildən şirkətdə hüquqşünas işləyir:

"Hadisə günü işdə idim. Dəhlizdə 4-5 nəfər uca səslə danışırdı. Yaxınlaşdım ki, səs-küyü sakitləşdirim, orada direktoru gördüm, qalanlarını tanımadım. Sonra otağa qayıtdım. Məndən başqa xanım işçilər də hadisə yerindəydi".

Şahidin sözlərinə görə, zərərçəkən şirkətlərlə bağlanan müqavilələrdən də xəbəri olub:

"Həmin müqavilələrdə qeyd olunmuşdu ki, şirkət sifarişləri vaxtında çatdıracaq. "Günay Bank"ın bağlanmasından da xəbərim var idi. Həmçinin digər tərəfdaş banklarla da yazışmalarım olub".

Prosesdə digər şahid Elşən Soltanov barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeriy Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.

Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.

Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapçast” ASC və “Promışlennıe Postavki Kazaxstan” MMC-dir.

O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub. O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.

Tarix
2025.03.07 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla danışdı

Nazirlik növbəti dəfə hərrac keçirdi

Azərbaycanlı iş adamı təkzib etdi, OMON axtarış aparmayıb

Qarabağdakı yanğınla bağlı polisə konkret tapşırıqlar verildi

Fransa parlamentində Bakıya qarşı qətnamə ilə bağlı bəyanat

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

“Bakcell”in dəstəyi ilə YAŞAT yay məktəbi Londonda

Qusman işdən çıxarılması ilə bağlı suala belə reaksiya verdi

Bakı bunu gözləyirdi, Kreml etmədi: Niyə?

Bakıdan qovulan Ocaqnejad azərbaycanlılarla görüşəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla