Yuxarı

Hindistan təyyarəsi Azərbaycan üzərindən təcili geri qayıtdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 10-da potensial təhlükəsizlik təhdidi səbəbindən Mumbaydan Nyu Yorka uçan Hindistan Hava Yollarına məxsus təyayrə geri qayıtmağa məcbur olub.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.

Məlumata görə, “Boinq 777” təyyarəsi 30 000 fut hündürlükdə Azərbaycan üzərindən keçərkən istiqamətini dəyişərək Mumbay hava limanına qayıdıb. İçərisində 303 sərnişin və 19 ekipaj üzvü olan təyyarə səhər saat 10.25-də (Bakı vaxtı ilə 07:55) təhlükəsiz şəkildə Mumbaya enib.

“10 mart 2025-ci il tarixində Mumbay-Nyu York (JFK) reysi ilə uçan Aİ119 reysi. Lazımi protokollara əməl edildikdən sonra təyyarədə olanların təhlükəsizliyi baxımından reys Mumbaya qayıdıb”, - şirkətin yaydığı açıqlamada bildirilib.

Aviaşirkətdən bildirilib ki, uçuş martın 11-i səhər saat 5-də (Bakı vaxtı ilə 02:30) yerinə yetiriləcək və bütün sərnişinlər o vaxta qədər oteldə yerləşmə, yemək və digər yardımlarla təmin olunublar.

Təyyarənin geri qayıtmasına səbəbin konkret nə ilə bağlı olduğu açıqlanmayıb.

Tarix
2025.03.10 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

Silahlar Ermənistandan gəlirdi - Saakyan

1992-ci ildə Qarabağda yaşayan ermənilərin sayı... - Qukasyan

Onlar ələvi deyil: Suriya nüseyrilərini tanıyın!

MM İsveç parlamentinin bəyanatını rədd etdi

Növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı – Qiymətlər

İran və Rusiya Türkiyəyə qarşı hərəkətə keçdi

Suriyada ələvilərin soyqırımı baş verib? - General

Köçəryan “Krunq” təşkilatının üzvü idi - Qukasyan

Diplomatımız Suriya XİN rəhbərinin köməkçisi ilə görüşdü

Suriyada ələvilərə silah xarici ölkədən gətirilib – Atabəy

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla