Yuxarı

Köçəryan “Krunq” təşkilatının üzvü idi - Qukasyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışıb.

Axar.az xəbər verir ki, o, 1988-ci ildə Qarabağda keçirilən mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirib.

“Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılarından olub, çünki “Krunq” təşkilatının üzvü idi”, - Qukasyan əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Tarix
2025.03.10 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

1992-ci ildə Qarabağda yaşayan ermənilərin sayı... - Qukasyan

Onlar ələvi deyil: Suriya nüseyrilərini tanıyın!

MM İsveç parlamentinin bəyanatını rədd etdi

Növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı – Qiymətlər

İran və Rusiya Türkiyəyə qarşı hərəkətə keçdi

Suriyada ələvilərin soyqırımı baş verib? - General

Diplomatımız Suriya XİN rəhbərinin köməkçisi ilə görüşdü

Suriyada ələvilərə silah xarici ölkədən gətirilib – Atabəy

“Böyük Ermənistan” ideyası nağıldır - Qukasyan

Binəli Yıldırım Azərbaycana gəlir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla