Yuxarı

Onlar ələvi deyil: Suriya nüseyrilərini tanıyın!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar ələvi deyil: Suriya nüseyrilərini tanıyın!

Xəbər verdiyimiz kimi, Latakiya və Tartus şəhərlərində Suriya hökumətinə tabe olan silahlı qüvvələrlə keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələr arasında artıq bir neçə gündür qanlı toqquşmalar gedir.

Axar.az xəbər verir ki, hazırda “Əsəd tərəfdarları” olaraq bilinən nüseyrilər Suriyanın Aralıq dənizi sahillərində yaşayan əhalinin əksəriyyətini təşkil edir. Onlar keçmiş prezident Bəşər Əsədin atası Hafiz Əsədin hakimiyyətə gəlməsində mühüm rol oynayıblar və məhz Əsəd ailəsinin hakimiyyəti dövründə böyük təsir dairəsinə malik olublar.

Bəs, kimdir bu nüseyrilər?

Nüseyrilik IX əsrdə Məhəmməd bin Nüseyrin dini baxışları sayəsində ortaya çıxan və batini inanc kimi xarakterizə edilən dini cərəyandır.

Bu cərəyan İraq ərazisində yaransa da, onun ardıcılları Suriyanın Hələb vilayətinə, oradan da sahil dağları bölgələrinə - indiki Lazkiyə, Tartus ərazilərinə yayılıblar.

Nüseyrilik həm də batini şiə təriqətidir. Batini xarakterli təriqət adlanmalarının səbəbi ikili inanc sisteminə malik olmaları ilə bağlıdır. Özlərini zahirən müsəlman adlandırsalar da, batində qarışıq bir dini sistemə mənsubdurlar. Yerli inanclarla yanaşı, şiəlik, ismaililik, xristianlıq və sünnilikdən yararlanaraq, fərqli bir cərəyan ortaya qoyublar.

Hər zaman etibarsız bir qövm adlandırılan nüseyrilər Suriyada ilk dəfə hakimiyyəti 903-cü ildə ələ keçiriblər.

Səlib yürüşləri zamanı xristian ordularına yardım etdikləri üçün Səlahəddin Əyyubi tərəfindən şiddətli şəkildə cəzalandırılıblar. Eyni şəkildə Məmluklər əleyhinə monqollara yardım etdikləri üçün Məmluk Sultanı Aybars tərəfindən də cəzalanıblar.

Uzun illərdir ki, bölgədə yaşayan nüseyrilər şiə ələvilərlə qarışdırılır, onlarla bir yerdə tutulur. Əslində isə nüseyrilər həm də ələvitlər kimi tanınır. Bu da yanlış olaraq onları ələvilərlə eyniləşdirir.

Ələvilər şiələrin ilk imamı Əli ibn Əbu Talibi müqəddəsləşdirsələr də, heç vaxt onu ilahi varlıq səviyyəsinə çatdırmayıblar. Əli onlara görə islamın, Məhəmməd peyğəmbərin böyük dayağıdır. Lakin nüseyrilərə görə Əli - Tanrıdır. Allah üçün sayılan sifət və xüsusiyyətlər Əli üçün sayılmalıdır. O, nurun nurudur, ilahi şəxs etibarilə gizlidir. Görünüşcə imam olmasına baxmayaraq, batini cəhətiylə o, Allahdır. Buna görə onların şəhadət sözü “Mən Əlidən başqa İlah olmadığına şəhadət edirəm” formasındadır. Bu anlayışa görə Əli - Tanrıdır. Öz ruhundan Məhəmmədi, o da Salmanı Farsı yaratmışdır. Əli “məna”, Məhəmməd “ad”, Salman isə “rəbb”dir. Bu üçlk A (aya), M (mim) və S (sin) simvollarıyla ifadə edilir. Bu üçlü simvollaşdırma sistemi də xristianlıqdakı “Ata-Oğul-Müqəddəs ruh” sistemiylə açıqlanır.

Qeyd edək ki, biz mənbələr ümumiyyətlə nüseyriliyin islama aidiyyəti olmadığını da vurğulayır.

Tarix
2025.03.10 / 15:59
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla