Yuxarı

Növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı – Qiymətlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı – Qiymətlər

Azərbaycandan növbəti Ümrə ziyarəti aprel ayında gözlənilir.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, aprel ayının 12-dən sonra Ümrə ziyarəti bir müddətlik dayandırılacaq. Çünki həmin tarixdən sonra Həcc ziyarəti başlayır:

“Buna görə də həmin vaxt Ümrə ziyarətləri olmayacaq. Hər il Qurban bayramından 10-15 gün öncə Həcc ziyarəti başlayır. Zəvvarlar bayramdan 10-15 gün sonra geri qayıdırlar. Bu il Həcc ziyarətinə gedən zəvvarlar mayın 25-30-da yola düşəcəklər. İyulun 16-21-i intervalında isə geri dönüş olacaq”.

Ümrə ziyarətinin qiymətinə gəlincə, şöbə müdiri söyləyib ki, bu, qalma müddətinə, otellərin neçə ulduzlu olmasına və yerləşdikləri məsafəyə görə dəyişir:

“Qiymətlər 800-2000 dollar aralığındadır. Qiymət nə qədər çox olsa, xidmət o qədər yaxşı olur”.

Vüsal Cahangiri söyləyib ki, əgər əvvəllər Ümrə ziyarətini təkcə Qafqaz Müsəlmanları İdarəsi təşkil edirdisə, indi bu işlə həm də turizm şirkətləri məşğul olurlar.

Qeyd edək ki, hazırda Azərbaycanda müxtəlif şirkətlər Ümrə ziyarətinə tur paketləri təklif edirlər. Qiymətlər isə 2000-2500 manat aralığında dəyişir. Bura bilet, otel, nəqliyyat xidməti, rəhbər dəstəyi və qidalanma daxildir.

Tarix
2025.03.10 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla