Yuxarı

Ukraynada vəziyyəti Kliçko qızışdırır – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada vəziyyəti Kliçko qızışdırır – Şok

Kiyevdə olan son durum haqqında orada yaşayan həmyerlimiz Zülfiyyə Rzayevə "Axar.az"a müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Maydanda hal-hazırda vəziyyət necədir?

- Burada vəziyyət pisdir. Maydan tüstü içərisindədir. 30-a yaxın adam ölüb. Metroları bağlayıblar. Partlayış olar deyə, iki gündür metrolar da işləmir. Ölənlərə görə bu gün burda matəm günü elan olunub. Maydanda çadırların hamısı yandırılıb. Prezident istəyir ki, camaat geriyə çəkilsin. Burda olanların üstlərinə Donetskdən adamlar gətizdirir. Nəinki Kiyevdə, Borispolda da camaat yolları bağlamaq üçün küçələrə tökülüb. Hətta Borispolda yolu kəsən insanlara atəş də açılıb.

- Maydana gedən azərbaycanlılar çoxdurmu?

- Dəqiq say deyə bilmərəm. Amma onu bilirəm ki, az deyil. Onlardan biri yaralanıb. Televizorda da göstərirlər ki, hər gün bizim bayraq orda dalğalanır.

- Bəs Maydanda olan mağazalar, avtobuslar işləyirmi?

- Yox, Maydanda olan nə aptek, nə mağaza - heç nə işləmir. Təkcə avtobus, tramvay işləyir, amma Maydan tərəfə heç bir taksi getmir. Orada yaşayan insanlar evlərini satışa qoyublar. Hətta evlərini dəyişməyə belə razıdırlar.

- Bu toqquşmadan sui-istifadə edənlər varmı?

- Maydanda olan aktivistlər Kliçko, Luçenko insanları qızışdırırlar ki, kimin silahı varsa, götürüb gəlsin. Prezident də geriyə çəkilmir, çünki Putin deyib ki, Olimpiada qurtarandan sonra adamlarını Kiyevə göndərəcək və hamını güc yolu ilə yola gətirəcək. O da Putinə arxayın olub geri çəkilmir. İnsanlar da geri çəkilmək fikrində deyil.

Tarix
2014.02.20 / 21:15
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla