Yuxarı

Ali təhsil və əmək bazarı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali təhsil və əmək bazarı

Ali təhsil sisteminin effektiv fəaliyyətinin təmin edilməsi baxımından ən önəmli və fundamental amillərdən biri, sözsūz ki, həmin sistemin əmək bazarının qısa, orta və uzunmüddətli inkişaf istiqamətlərinə səmərəli adaptasiya olunmasından ibarətdir.

Hesab edirik ki, məntiqi ardıcıllıqla bu zaman, bir tərəfdən əmək bazarının inkişaf perspektivlərinin dəqiq proqnozlaşdırılmasının zəruriliyi məsələsi meydana çıxmaqdadır. Digər tərəfdən isə, dövlətin və cəmiyyətin əmək bazarının inkişafına təsir imkanları mütləq nəzərə alınmalıdır, çünki əmək bazarı stasionar, substantiv kateqoriya kimi qəbul oluna bilməz.

Eyni zamanda, əmək bazarının inkişaf istiqamətləri bazar subyektlərinin və ayrı ayrı yerli və xarici mənşəyi olan korporativ maraqların iradəsi və biznes maraqları əsasında formalaşdırılmamalıdır. Əmək bazarının inkişafı dövlət maraqlarının birmənalı təminatı və ictimai rifahın dayanıqlı yüksəldilməsi məqsədlərinin imperativliyinin reallaşdırılmasına xidmət etməlidir. Bunlar isə õz növbəsində, fikrimizcə, ölkə iqtisadiyyatının ümumi inkişaf konsepsiyası ilə birbaşa bağlı olmalıdır.

Yəni, son nəticədə dövlət tərəfindən iqtisadiyyatın maqistral inkişaf istiqamətləri müəyyən edildikdən sonra, strateji planlaşdırma mexanizmləri əsasında əmək resurslarının, məhsuldar qüvvələrin yerləşdirilməsi, onların strukturu, cografiyası, keyfiyyət və kəmiyyət meyarları ilə bağlı prioritetlər müvafiq qaydada müəyyənləşdirilməlidir.

Hesab edirik ki, məhz qeyd olunan əsaslarla, əmək bazarı ilə bağlı obyektiv və subyektiv amillərin nəzərə alınması ilə, elmtutumlu gözləntilərin parametrləri hazırlanmalı, bütövlükdə təhsil sferası və konkret müəssisələr qarşısında sosial sifarişlər sistemli şəkildə təqdim olunmalıdır.

Düşünürük ki, yalnız bu zaman təhsil sisteminin müvafiq çağırışlara və trendlərə adekvat və effektiv reaksiyası mümkün ola bilər.

Yuxarıda göstərilmiş alqoritmin özü, hesab edirik ki, təbii olaraq, elm və təhsil sferalarının müvafiq indikativ planlaşdırma əsasında idarə olunmasına şərait formalaşdırmalıdır.

Zənnimizcə, ixtisasların məqsədəuyğunluq parametrləri, onların tədrisi prosesinin strukturu, həmin proses çərçivəsində yaradılması və tətbiq edilməsi zəruri olan müvafiq nəzəri, metodoloji, metodiki və praktiki aparatın qurulmasının effektivliyi məhz onların regionda və dünyada formalaşan texnoloji quruluş çərçivəsində milli iqtisadiyyatın inkişaf istiqamətlərinə, ölkənin əmək bazarına uyğunluğundan kritik dərəcədə asılı olacaq.

Tarix
2025.04.07 / 10:12
Müəllif
Samir Vəliyev
Digər xəbərlər

Boşanma xəbəri yayılan Mədət Quliyevlə Zəhranın hekayəsi...

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla