Yuxarı

Ermənilərə “sürpriz”: Azərbaycan yazılan sənəd verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərə “sürpriz”: Azərbaycan yazılan sənəd verildi

Qarabağdan köçən ermənilər Ermənistanda vətəndaşlıq almaq üçün müraciət edərkən qarşılaşdıqları mənzərədən təəccübləniblər.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, onlara verilən yeni pasportlarda doğulduqları ölkə hissəsinə “Azərbaycan” yazılıb.

“Tert Armenia” yazır ki, onlar sənəddə doğum yeri hissəsinə “artsax” yazılmasını gözləyiblər.

Nəşr məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə müraciət edib və niyə bu addımın atıldığını soruşub.

“Şəxsiyyəti təsdiq edən sənədlərdə məlumatların qeydi beynəlxalq standartlara uyğun həyata keçirilir. Müasir texnologiya ilə oxuna bilən şəxsiyyət/səyahət sənədlərinin verilməsi sahəsi ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) 9.303 standartı ilə tənzimlənir. Yəni pasportlar da da doğum yeri beynəlxalq coğrafi vahidlərə görə müəyyən edilir. Beynəlxalq qaydalar çərçivəsində təsdiq olunmayan hər hansı detal vətəndaşa sərhəd-keçid məntəqəsində problem yaradır”, – nazirliyin cavabında qeyd olunub.

Bundan əvvəl pasportlarında qondarma “artsax”ın adının qeyd olunduğu şəxslərlə bağlı Ermənistan Miqrasiya Xidmətində çox sayda ölkələrdən şikayətlərin daxil olduğu, həmin adın beynəlxalq səviyyədə tanınmadığı bildirilib.

Qeyd edək ki, Ermənistan 2022-ci ildə rəsmi şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və sənəd imzalayıb.

Tarix
2025.04.08 / 15:01
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla