Yuxarı

Ermənistan DİN Kamillə bağlı məsələyə aydınlıq gətirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan DİN Kamillə bağlı məsələyə aydınlıq gətirdi

Son vaxtlar ictimaiyyət arasında, xüsusən də sosial şəbəkələrdə, eləcə də xəbər saytlarında Ermənistanın Azərbaycan vətəndaşları ilə bağlı axtarışları geri götürməsi haqda müzakirələr gedir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

“Ermənistan ilə Azərbaycan arasında hələ 2007-ci ildə əldə edilmiş razılaşmaya əsasən, tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində hər iki ölkənin vətəndaşlarına qarşı elan edilmiş dövlətlərarası axtarışları dayandırmaq barədə razılığa gəliblər. Qeyd olunan razılaşma və tərəflərin 2007-ci ildən əldə edilmiş razılaşmanı pozmamasına əsaslanaraq, 2024-cü ildə tərəflər qarşılıqlılıq prinsipi əsasında MDB-yə üzv dövlətlərin ərazisində dövlətlərarası axtarışların dayandırılması öhdəliyini təsdiqləyiblər”, - qurumdan bildirilib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan vətəndaşı, idmançı Kamil Zeynallı barəsində Ermənistan Baş Prokurorluğu tərəfindən elan edilmiş axtarışın dayandırılması barədə məlumat yayılmışdı. Qərar ermənilər arasında etirazlara səbəb olmuşdu.

Ötən il Kamil Zeynallı barəsində qondarma ittihamlarla Ermənistanda “cinayət işi” açılıb, “beynəlxalq axtarış” elan edilmişdi. İdmançı həmin ilin fevralında Moskvadan Bakıya qayıdarkən saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. Həmin vaxt onun İrəvana təhvil veriləcəyi barədə məlumat yayılmışdı.

Tarix
2025.04.09 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla