Yuxarı

İki ölkənin kəşfiyyat rəhbəri Bakıda… – Misilsiz hadisədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada orduları üz-üzə gələn İsrail və Türkiyənin məxfi xidmət orqanları rəhbərlərinin iki gün əvvəl paytaxtımızda görüşü qlobal təhükəsizlik üçün misilsiz hadisədir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, ölkəmiz Qəzzada savaşı deyil, beynəlxalq hüququ üstün tutduğu üçün hücumlara məruz qalır:

“Yəhudi və türk dünyasını toqquşdurmaq üçün erməni, Fransa, Kanada, Hindistan və onlarla dövlət çalışır. İsraillə gərginlik Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrə fürsət verir. Dünyada antisemitizm dalğasının yüksəlişi fonunda yəhudi icmasına örnək münasibət asan deyil.

Qarabağn xilaskarı İlham Əliyev İkinci Dünya müharibəsindən sonra tam və qəti qələbə ilə başa çatan tək savaşın qalibi kimi yeni münaqişələrin qarşısını alır. Azərbaycan islam dünyasının ən böyük yəhudi və xristian icmalarının təhlükəsiz evidir. Torpaqlarımız fərqli millətlərin və dinlərin çiyin-çiyinə şəhidliyi ilə azad olunub”.

Deputat qeyd edib ki, Vaşinqton Bakı ilə əlaqələrini gücləndirmək üçün İsraildən nümunə götürə bilər:

“Biz Ağ Evdən hərbi yardım istəmirik. Lakin tarif müharibələrində trilyon dollarlıq iqtisadi itkilərin yüzdə biri ilə bütün məcburi köçkünlərimizi doğma evlərinə qaytarmaq olardı. Halbuki Şuşada Ağ Evi xalqımız özü tikir”.

Tarix
2025.04.11 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

Qazaxıstan nümayəndələri HHQ-ni ziyarət etdi – Foto

Babayandan etiraf: Xocalı soyqırımında iştirak etmişəm

İnternet Vergi İdarəsinə giriş təhlükədə ola bilər - Çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla