Yuxarı

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda Xocalı soyqırımı ilə bağlı kadrların nümayiş etdiriləcəyi, videomateriallarda həssas məqamların olduğu nəzərə alınaraq ürəyi zəif olanların zaldan çıxmaları barədə xəbərdarlıq edilib.

Videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə olub. Videonun nümayişi zamanı zalda olanlar kövrəlib.

Təqsirləndirilən şəxslərin də bəziləri videogörüntülərin onlara guya pis təsir etdiyini öz hərəkətləri ilə nümayişkəranə şəkildə göstəriblər.

Ardınca məhkəmədə Xocalı soyqırımına dair protokollar təqdim edilib.

Tarix
2025.04.18 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya...

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla