Yuxarı

İcbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcbari sığortanın tətbiqi ilə bağlı müşavirə keçirildi

Bu gün Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiq edilməsi məsələsinə dair geniş müşavirə keçirilib.

Nazirliyin mətbuatx xidmətindən "Axar.az"a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Əli Əhmədov son illər ölkə iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib. Bildirilib ki, əhaliyə səhiyyə xidmətinin daha da yüksəldilməsi, səhiyyə infrastrukturunun keyfiyyətcə yeniləşdirilməsi, tibbi kadrların hazırlanması və s. istiqamətlərdə əldə olunan nailiyyətlər islahatların yeni mərhələdə davam etdirilməsini zəruri edir.

Daha sonra ölkə rəhbərliyinin bu sahədə qarşıya qoyduğu məsələlər ətrafında müzakirələr olub. Müzakirələrdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, ədliyyə naziri Fikrət Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və digər müvafiq qurumların məsul şəxsləri "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi üçün görülən işlərdən danışıblar.

Geniş fikir mübadiləsindən sonra müşavirəyə yekun vuran Baş nazirin müavini Əli Əhmədov ölkədə səhiyyə islahatlarının daha da inkişaf etdirilməsini nəzərdə tutan icbari tibbi sığortanın tətbiq edilməsi sahəsində işlərin daha da sürətləndirilməsinin zəruri olduğunu vurğulayaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Müşavirədə müzakirə olunan məsələ ilə əlaqədar təkliflər nəzərə alınmaqla xüsusi işçi qrupunun yaradılması qərara alınıb.

Tarix
2014.02.21 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla