Yuxarı

Hulusi Akar Xankəndidə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hulusi Akar Xankəndidə - Foto

Türkiyə Respublikasının Kayseri şəhər rəhbərliyi, bələdiyyə sədrləri, ali təhsil müəssisələrinin rektorları, siyasi partiyaların Kayseri şəhər təşkilatlarının rəhbərləri və Kayseridən seçilmiş millət vəkillərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Axar.az xəbər verir ki, səfər çərçivəsində qonaqlar Xankəndidə, Qarabağ Universitetində və Xocalıda olublar.

Nümayəndə heyətinin arasıda Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri, sabiq müdafiə naziri Hulusi Akar olub.

Qonaqları Prezidentin Xankəndi şəhərində yerləşən Xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Onlar Xankəndidə gedən yenidənqurma işlərini Zəfər meydanından izlədikdən sonra Qarabağ Universitetində tələbə heyəti ilə görüş keçiriblər.

Qonaqlar daha sonra Xocalı rayonuna səfər edib, orda aparılan tikinti-bərpa işləri ilə tanış olublar.

Xatırladaq ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin ən qədim şəhərlərindən biri olan Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.

Tarix
2025.04.14 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla