Yuxarı

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

Dünya getdikcə daha mürəkkəb bir təhlükəsizlik mühiti ilə üz-üzə qalır. Artıq yalnız hərbi təhdidlər deyil, eyni zamanda, iqlim dəyişikliyi, iqtisadi dalğalanmalar və pandemiyalar kimi qeyri-ənənəvi risklər də milli təhlükəsizlik məsələlərinin ayrılmaz hissəsinə çevrilib. Belə bir zamanda türk dünyası arasında möhkəm əməkdaşlıq mexanizmlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Çağdaş dövrdə dəyişən beynəlxalq güc nisbətləri və artan təhlükəsizlik problemləri fonunda türk dövlətləri arasında əməkdaşlıq zəruridir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı deyib.

Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin yalnız regional deyil, eyni zamanda, beynəlxalq miqyasda əhəmiyyət daşıdığını bildirən Hulusi Akar əlavə edib ki, Qarabağ Zəfəri təkcə Azərbaycanın və Türkiyənin deyil, bütün türk dünyasının həmrəyliyinin simvoluna çevrilib:

“Bu Zəfər güclü ordu və milli birliyin strateji əməkdaşlıqla birləşdikdə hansı nəticələr verə biləcəyini dünya ictimaiyyətinə nümayiş etdirib”.

Tarix
2025.04.15 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla