Yuxarı

Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər

Bölgədə sülhə mane olan məsələlərdən biri də Avropa Birliyinin missiyasıdır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisdə keçirilən “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adı ilə hibrid hücum” adlı xüsusi araşdırmanın təqdimatında Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov deyib.

Deputat bildirib ki, AB-nin bölgədəki hərəkətlərinə nəzər saldıqda aydın olur ki, Missiya sərhədin Ermənistan tərəfində uzunmüddətli fortifikasiya işlərinin görülməsində, istehkam qurğularının inşa edilməsində məşvərətçi kimi çıxış edir:

"Müşahidəçiləri" isə döyüş əməliyyatlarının aparılması məqsədilə hərbi məsləhətlər verirlər. Bunu Fransanın müdafiə naziri Senatdakı dinləmələrdə dolayı yolla özü də etiraf edib. AB “müşahidəçilərinin” şərti sərhəddə qurulan hərbi postlara gələrək Azərbaycan ərazilərini izləməsi və buna uyğun olaraq erməni hərbçilərini təlimatlandırılması halları vizual olaraq da müşahidə edilib. Fransa tərəfindən Ermənistana hücum silahlarının verilməsi və ölkənin gələcəkdə hansısa beynəlxalq hərbi əməliyyatlara, o cümlədən AB tərəfindən aparılacaq missiyalara hazırlanması onu deməyə əsas verir ki, Cənubi Qafqazda və ümumilikdə regionda yeni münaqişələr baş verə bilər".

R.Namazovun sözlərinə görə, təhlillər onu göstərir ki, hadisələr iki istiqamətdə inkişaf edilə bilər:

"Ermənistan Azərbaycana qarşı növbəti təxribata yol verir və region yeni müharibəyə sürüklənir. Qonşu ölkələrdən birinə qarşı hərbi əməliyyatlara start verilir və Ermənistanın da iştirakı ilə ərazisindən yeni cəbhə açılır. Eyni zamanda, II Qarabağ müharibəsinin bitməsindən EUMA müşahidəçilərinin regiona gəlməsinə kimi dövrü əhatə edən müddətdə əgər Ermənistan təxminən 20-yə yaxın ərazi üzrə hərbi təyinatlı tikililər inşa etmiş, yeni hücum/müdafiə mövqeləri hazırlamış, səngər, xəndək və sığınacaqlar qazmışdısa, 2022-ci ilin oktyabrından sonra bu rəqəm 70-ə qədər yüksəlmişdir. Hərbi infrastruktur dəyişikliklərinin Azərbaycanla şərti sərhəddə, eyni zamanda, İranla sərhədə yaxın ərazilərdə olması da hadisələrin yuxarıda qeyd edilən ssenarilər üzrə inkişaf etmək ehtimalını daha da artırır".

Tarix
2025.04.24 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla