Yuxarı

AB-nin “Ermənistan röyası”na qarşı Bakının çin gedişi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliyevin Çinə dövlət səfəri – Bakı-Pekin xəttində strateji tərəfdaşlığın daha üst pilləyə, hərtərəfli strateji tərəfdaşlığa yüksəlməsinə Avrasiyada nəqliyyat dəhlizləri uğrunda mübarizə fonunda baxmaq xüsusilə maraqlıdır. Əslində Azərbaycan-Çin əlaqələrinin mövcud vəziyyəti və perspektivində ana xətti də məhz dəhlizlər üzərində qurulan siyasət təşkil edir: “Bir kəmər, bir yol” layihəsi (BRİ) və layihənin əsas quru marşrutu olaraq qəbul edilən Orta dəhliz.

Çinin Avrasiyada yeni siyasi-iqtisadi münasibətlər sisteminin karkası olaraq gördüyü BRİ-nin quru dəhlizlərinin reallaşması Azərbaycansız çətin görünür.

- BRİ-nin Şimal (Rusiya) və Cənub (İran) dəhlizlərində Qərblə riskli münasibətlər daşımaların perspektivinə təhlükə yaradır;

- Şimal-Cənub nəqliyyat dəhlizi BRİ-nin Şimal və Cənub dəhlizlərini Azərbaycan üzərində Orta dəhlizlə birləşdirmək imkanı yaradır;

- Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycan üzərində Avropa və Asiyanı birləşdirir;

- Orta dəhlizdə ticarət əlaqələrinin inkişafı üçün lazım olan sabitlik və əməkdaşlıq arxitekturasının qurulması Bakının birləşdirici rolu olmadan mümkün deyil;

- BRİ-nin Cənubi Qafqaz habında nəqliyyat şəbəkəsinin əsas arteriyaları Azərbaycana məxsusdur.

Pekin Bakının Avrasiyanın Çin vektorlu gələcəyindəki rolunu anlayır. Azərbaycan üçün əsas qırılma nöqtəsi Orta dəhlizin Cənubi Qafqaz habına kənar müdaxilə cəhdləri və alternativ ssenarilərin mövcudluğudur.

- Azərbaycan Orta dəhlizin regional habını Ermənistansız qurmaq niyyətindədir: Gürcüstanın tranzit rolu saxlanılır, hətta daha da artırıla bilər, hərçənd, beynəlxalq daşımalarda risklərin azaldılması alternativlərin olması zərurətini də qaçılmaz edir; Bakı alternativ marşrut kimi Zəngəzur dəhlizini görür;

- Dəhliz vermək istəməyən Ermənistanın alternativ tranzitə çevrilmək planı Azərbaycan qarşısında gücsüz görünsə də, kənar müdaxilələr və dəstək, xüsusilə Mərkəzi Asiyada güclənməyə çalışan Avropa Birliyinin yanaşması - Azərbaycan-Ermənistan-Türkiyə sərhədinin açılması istəkləri Bakının planına risklər vəd edir.

Çin anlayır ki, Azərbaycanın mövqeyi nəzərə alınmalıdır, hərçənd, Orta dəhlizin Cənubi Qafqaz habında davam edən bu mübarizənin nəticəsi – Zəngəzur dəhlizi, yoxsa Ermənistan tranziti – yekunda Pekinin mövqeyini müəyyənləşdirəcək. Əliyevin Pekin səfərini bu kontekstdə dəyərləndirmək olar:

- Cənubi Qafqaz habının perspektivlərinə yanaşmada Çinlə “saatları yoxlamaq”;

- Çinlə hərtərəfli əməkdaşlığı genişləndirməklə alternativ planların perspektivlərini zəiflətmək;

- AB-nin “Ermənistan planı”na qarşı Çinin dəstəyi ilə mövqeləri gücləndirmək.

Səfərin nəticəsi Çinin dəstəyinin əldə ediləsi kimi qiymətləndirilə bilər.

Birincisi, “hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da konkret qeydlər yer alır: Çin-Avropa-Çin transxəzər ekspress-marşrutlarının yaradılması, “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası ilə uyğunlaşdırılmasının möhkəmləndirilməsi;

İkincisi, Naxçıvan şəhəri ilə Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərinin qardaşlaşması haqda niyyət məktubu imzalandı: Bu, Pekin üçün “Vahid Çin” ideyasına dəstək baxımından lazımdırsa, Bakı bununla Naxçıvana – Zəngəzur dəhlizinin çıxacağı bölgəyə diqqət çəkir, Çini Naxçıvana quru əlaqəsinin açılmasında maraqlı tərəfə çevirməyə çalışır.

Belə görünür ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizi layihəsi ətrafında siyasi ehtiraslar yenidən kəskinləşəcək. Əsas hədəf Orta dəhlizin Cənubi Qafqaz habındakı mübarizənin nəticəsini müəyyən etməkdir və regiona kənar müdaxilə cəhdləri intensivləşsə də, Bakı hələ də güclü tərəf olaraq qalır.

Tarix
2025.04.25 / 15:20
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bakıdan Medinskinin Qarabağla bağlı iddialarına sərt cavab

Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama

İranda yaşayan türklərin sayı… - Əli Əkbərdən tarixi etiraf

Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüsü - Video

Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı

ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla