Yuxarı

150 milyon çinli turistin cəmi 1%-i Azərbaycana gəlsə... - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
150 milyon çinli turistin cəmi 1%-i Azərbaycana gəlsə... - Prezident

Hər il xaricə səhayət edən 150 milyon Çin vətəndaşının cəmi 1%-i Azərbaycana gəlsə, bu, ölkəmiz üçün yetərli olacaq.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı Azərbaycanın ötən il ilk dəfə Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdiyini xatırladaraq bu il eyni addımı atdıqları üçün qarşı tərəfə minnətdar olduğunu deyib.

"Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq", - deyə o qeyd edib.

İ.Əliyevin sözlərinə görə, Azərbaycan turizm sektorumuzu inkişaf etdirmək istəyir: "Bizim coğrafi üstünlüklərimiz var - Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar və hətta yarımsəhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə, çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq bizim özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bu gün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər".

Tarix
2025.04.26 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla