Yuxarı

Tramp İranla bacarmır, Ukraynanı “günah keçisi” edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp İranla bacarmır, Ukraynanı “günah keçisi” edir

Tramp yanacaq qiymətlərinin kəskin artımında Ukraynanı ittiham edərək, onu “günah keçisi” edib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” Moskva və Kiyev arasında ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlardan xəbərdar olan və adı açıqlanmayan yüksək rütbəli Avropa rəsmisinə istinadla yazıb.

“Tramp administrasiyası noyabrın 3-də keçiriləcək ABŞ-dakı aralıq seçkilər ərəfəsində “günah keçiləri” axtarır. Bu administrasiya Ukraynanı günahlandırır, çünki öz müharibəsi (İran) ilə bağlı nə edəcəyini bilmir. Rusiyanın dizel və neft ixracı ABŞ-ın istehlakı üçün heç vaxt əhəmiyyətli olmayıb. Bu ideyanın özü belə absurddur. Üstəlik, hamımız Prezident Trampın Amerikanın istənilən miqdarda neft təmin edə biləcəyini dediyini eşitmişik", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, əgər Vaşinqton Kiyevin Rusiya neft emalı zavodlarına hücumları dayandırmasını istəyirsə, o zaman Moskvanı Ukraynanın enerji şəbəkəsinə zərbələri dayandırmağa məcbur etməlidir:

“Enerji sahəsində atəşkəs qarşılıqlı olmalıdır. Putin ABŞ administrasiyasına hörmət etmir. Məhz buna görə də atəşkəs heç vaxt bərqərar olmadı”.

Qeyd edək ki, Tramp Ukraynanı Rusiyanın “dizel ixracına” mane olmamağa çağırıb.

Tarix
2026.09.14 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla