Yuxarı

Mir Şahin əsəbiləşdi: “Bu yalanı yayan…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mir Şahin əsəbiləşdi: “Bu yalanı yayan…”

ANS şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mir Şahin Ağayev həyat yoldaşı Səbinə Ağayevanın işdən ayrılması barədə xəbərlərə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Publika.az-a açıqlamasında Mir Şahin bu məlumatı yayanın sahibinin sifarişini anlamadan icra etdiyini vurğulayıb:

"Səbinə Heydərova və Mirşahin Ağayev Vahid Mustafayevlə bir ailənin üzvüdür. Vahid Mustafayev ANS Şirkətlər Qrupunun prezidentidir. Mirşahin Ağayev də ANS-in baş direktorudur. Onların arasında yalnız işgüzar münasibətlər yoxdur, həm də uzun illərdir ki, dostdurlar.

ANS-də süni qalmaqallar yaradan və belə qalmaqalların mətbuata çıxmasında maraqlı olan şəxslər ünvanı düz seçməyiblər. Belə məlumatlar, dezinformasiyalar yayan qurumlar məhkəmə qarşısında cavab verəcəklər".

Səbinə Ağayevanın ANS-dən getməsini isə Mir Şahin analıq məzuniyyəti ilə əlaqələndirib: "Səbinə analıq məzunyyətindədir. Uşaqlarla bağlı çətin vəziyyət yaşadığı üçün işini yarımçıq saxladı. Analıq məzuniyyətini başa vurandan sonra ANS-də yenidən işini davam etdirəcək".

Qeyd edək ki, Mir Şahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova mart ayından məzuniyyətdədir.

ANS-dən ayrıldığı deyilən Sevda Həsənova isə Aznyus.az-a açıqlamasında atasının dünyasını dəyişdiyi üçün işə çıxa bilmədiyini qeyd edib: "Atam rəhmətə gedib. Bu səbəblə işə çıxmıram. Yayılan xəbərlər həqiqəti əks etdirmir".

Tarix
2016.06.09 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla