Yuxarı

"Minskə hər gəlişim bayramdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minskə hər gəlişim bayramdır.

Axar.az xəbər verir ki, tanınmış bəstəkar-müğənni, aktyor, Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlu bu fikri Belarus Teleqraf Agentliyinin (BELTA) saytında "İncəsənət diplomatiyası" onlayn-konfransında bölüşüb.

P.Bülbüloğlu deyib: "Minskə hər gəlişim bayramdır. Özü də bu, hələ sovet dövründən belədir. Artist olanda Belarusda, özü də təkcə Minskdə yox, Brest, Baranoviçi və Pinskdə qastrollarda çox olmuşam. Hətta sovet dövründə hər hansı şəhərə gələndə qayda-qanun, təmizlik, nizam-intizam hiss olunurdu. Salona daxil olursan, musiqi aləti həmişə köklənib, pərdə işləyir, artistin otağı təmiz və rahatdır. Səliqəlilik, təmizlik və qonaqpərvərlik Belarus xalqının səciyyəvi xüsusiyyətləridir. İş elə gətirib ki, 1990-cı illərin ortalarında ziyalıların görüşü məhz Minskdə olub. Bu, Sovet İttifaqı dağılandan sonra ilk belə görüş idi və nostalji xarakter daşıyırdı. Çoxdan bir-birini görməyən yaradıcı insanlar görüşürdülər və onların bir-birinə deməyə sözü çox idi. Onda çıxış yolları axtarmağa başladıq. Düşündük ki, münasibət saxlamaq, əlaqələri itirməmək üçün bəlkə müəyyən ictimai təşkilat yaratmaq lazımdır". Sonralar P.Bülbüloğlu Azərbaycanın mədəniyyət naziri vəzifəsində Minskdə müxtəlif tədbirlərdə iştirak edib.

AZƏRTAC-ın xəbər verdiyi kimi, Polad Bülbüloğlu bu dəfə də Minskə çox xoş bir məramla gəlib. Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı onun "Eşq və ölüm" baletini səhnələşdirməyi qərara alıb. Balet UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən və 1300 ildən çox tarixi olan qədim türk eposu "Kitabi-Dədə Qorqud"un motivləri əsasında yazılıb. Bəstəkar deyib: "Mən bu eposdan məhəbbət, nifrət, dostluq, satqınlıq, məsuliyyət, doğma yurda, vətənə məhəbbət kimi ümumbəşəri hissləri, ümumfəlsəfi anlayışları götürdüm. Ümidvaram ki, burada hər kəs özü üçün nəsə tapacaq".

Tarix
2016.06.09 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı Rusiyadan bunu gözləyirik - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla