Yuxarı

Prezident Koşta və Leyenlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen ilə görüşü olub.

Axar.az xəbər verir ki, Antonio Koşta və Ursula Fon der Leyen Azərbaycanın Avropa Birliyinin vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək ölkənin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər.

Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkənin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib.

Prezident İlham Əliyev Azərbaycanın Avropa Birliyi ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək ölkəsinin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlət başçısı ölkəsi ilə Avropa Birliyi arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyib, bu gün Avropanın 10, o cümlədən Avropa Birliyinin 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb.

Ölkəsinin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib. Dövlət başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib.

Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub.

Avropa Birliyi ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib.

Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunulub, bu sahədə də Avropa Birliyi ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2025.05.16 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

İslam ölkələri İsrail-İran münaqişəsi haqda bəyanat yaydı

Bu 3 qəzəbli qoca dünyanı məhv edir – “Quardian"dan şok

Mirzoyan ATƏT sədri ilə danışdı: Sülh müqaviləsi...

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana keçdi - Foto

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Bu da əlamətləri: 1-2 günə İran İsraillə anlaşacaq!

İrandakı diplomatlarımızın ailə üzvləri təxliyə olundu

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla