Yuxarı

Bakı Tehranı elə yola gətirəcək ki, İrəvan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Tehranı elə yola gətirəcək ki, İrəvan...

Bölgədə Azərbaycanın artan təsirindən ehtiyat edən İran məhz bu məqsədlə Ermənistanın potensialından istifadə etməyə çalışır.

Bu barədə Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlama verib. Politoloq hesab edir ki, İran Ermənistanın fonunda Şimali Azərbaycanla bağlı siyasətini açıq surətdə büruzə verir:

"Tehran çox yaxşı başa düşür ki, Azərbaycanın sürətli inkişafı və beynəlxalq aləmdə nüfuzu cənubdakı soydaşlarımızı ruhlandırır və bu, İranda mərkəzdənqaçma meyillərini gücləndirir. İran hazırda bölgədə Azərbaycanın artan təsirindən ehtiyat edir və bu məqsədlə də Ermənistanın potensialından istifadə etməyə çalışır. Ermənistan-Azərbaycan müharibəsi zamanı İran Araz çayı üzərindən əvvəl tampon, sonra isə geniş müasir tipli körpü açmasaydı, Ermənistan çoxdan öz daxilində boğulardı. İranın Ermənistana açdığı nəfəslik hesabına işğalçı ölkə Azərbaycana qarşı məkrli siyasətini bu gün də davam etdirir. Vaxtilə Heydər Əliyevin başçılığı altında nümayəndə heyətinin tərkibində İrana gedərkən Tehranda Rəfsəncani ilə aparılan danışıqlar zamanı Əliyev hiddətlənərək masadan qalxmış və danışıqlara ən azı 2 saat fasilə verilmişdi. Azərbaycan məhz həmin görüşdə açıq və qəti surətdə bildirdi ki, onun iştirakı olmadan işğal olunmuş ərazilərimizdə ermənilərlə birgə heç bir layihə reallaşa bilməz. Bakı ilə Tehran arasında bağlanan şərtlərə uyğun olaraq SES yalnız torpaqlar azad olunduqdan sonra tikiləcək".

Politoloq Azərbaycanın İranla hərtərəfli iqtisadi əməkdaşlıq aparmaq istədiyini, ancaq Tehranın sözdə bunun tərəfdarı olduğunu deyib:

"Azərbaycanı İsraillə hər hansı bir əlaqədən çəkinməyə çağıran İran nədənsə Ermənistan kimi kiçik və zəif dövlətlə ikili əlaqələrə dair müqavilələr imzalamaq istəyir. İranın siyasəti açıq surətdə meydandadır. Əgər İran Ermənistanla bu qədər yaxınlaşarsa, o zaman Tehranın İrəvanla bağlı yürütdüyü siyasətin mahiyyəti dərindən dəyərləndirilməlidir. Zənnimcə, Azərbaycan İranı çox asanlıqla yola gətirə, Tehranı İrəvanla deyil, məhz Bakı ilə münasibətlərin labüd olduğuna inandıra bilər".

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani yaxın zamanlarda Ermənistana səfər etmək niyyətindədir. H.Ruhani bildirib ki, viza rejiminin aradan qaldırılması işgüzar dairələrin əlaqələrinin və turizm sektorunun canlanmasına əlavə stimul verəcək.

Tarix
2016.06.15 / 10:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla