Yuxarı

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

İran son zamanlar bölgə ölkələri və qonşuları ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Əvvəlki dövrlərdə İran daha çox eskalasiyaya meyilli idi – İraq və Pakistan ərazilərini bombardman edirdi. İndi isə həmin ölkələrlə yaxınlaşma yolunu seçib. Bu göstərir ki, İran mövcud təhlükələrə – xüsusilə ABŞ, İsrail və Böyük Britaniya tərəfindən ola biləcək hərbi müdaxilələrə qarşı özünü sığortalamağa çalışır. Başqa sözlə, İran ehtimal edir ki, Qərb bloku hücum edə bilər və həmin hücumun uğursuz olması üçün qonşu ölkələrin ərazilərindən istifadə edilməməsi, bölgə ölkələrinin bu prosesə qoşulmaması vacibdir.

Bu fikirləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev İran Prezidenti Məsud Pezeşkianın son iki gündə türk dövlətlərinin liderləri (Azərbaycan, Türkiyə və Qazaxıstan) ilə telefon əlaqəsi və Qurban bayramı ilə bağlı bayramlaşmasını şərh edərkən deyib.

Politoloq bildirir ki, bu addım Pezeşkianın mövqeyini gücləndirə bilər:

“İkinci məqam odur ki, Pezeşkian türkdür, İran daxilində isə müəyyən siyasi mübarizə gedir: fars şovinistləri ilə Cənubi Azərbaycan mərkəzli və ümumi irançılıq ideologiyasını daşıyan qüvvələr arasında. Pezeşkian türkdilli ölkələrlə münasibətləri inkişaf etdirərək ölkə daxilində mövqeyini gücləndirir. O, cəmiyyətə mesaj verir ki, türk dövlətləri ilə güclü əlaqələri var və bu yolla öz tərəfdarlarını birləşdirmək istəyir”.

Tarix
2025.06.06 / 09:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

"Azər" yoxsa "Azəri"? - Millət vəkilindən mühüm şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla