Yuxarı

İrəvan Zəngəzura razılaşsa, İran nə edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Zəngəzura razılaşsa, İran nə edəcək?

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib ki, guya İran Zəngəzur dəhlizinin yaradılması cəhdinin qarşısını alıb. “Bu layihə uğursuzluğa düçar oldu” - deyən Vilayətinin fikrincə, bu layihə əslində İran dəhlizinin parçalanması və Avropaya yolun əngəllənməsi demək idi. Vilayəti İranın hətta Rusiyanın dəstəyi olmadan ağıllı diplomatiya yolu ilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və NATO-nun qarşısını almağa nail olduğunu vurğulayıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Vilayəti bu açıqlaması ilə İranın gücünü çox şişirdib. Birincisi, Zəngəzur dəhlizi İranın mövqeyinə görə ləngiməyib. Azərbaycan Ermənistandan açıq dəhliz tələb edir, İrəvan isə dəhlizdə sərhəd və gömrük xidmətinin fəaliyyət göstərməsini istəyir. Yəni Ermənistan hökuməti dəhlizin əleyhinə deyil, əksinə baş nazir Nikol Paşinyan ölkəsinin Zəngəzur dəhlizi vasitəsilə Orta dəhlizin tərkib hissəsi olması istəyir, iki ölkə arasındakı məsələyə baxışdakı fərq sadəcə Zəngəzur dəhlizinin işləmə mexanizmindədir. Bir gün Bakı ilə İrəvan ortaq məxrəcə gələrək Zəngəzur dəhlizinə razılaşarsa, Vilayətinin “İran Zəngəzur dəhlizinin reallaşmasının qarşısını aldı” iddiası puç olacaq. Vilayətinin simasında İranda qərar verənlər hələ də yanlış olaraq düşünürlər ki, guya Zəngəzur dəhlizi İranın Avropaya yolunu parçalayır. Birincisi, Ermənistan üzərindən belə bir yol yoxdur, ikincisi İran Avropa ilə idxal-ixrac əməliyyatlarını işlək vəziyyətdə olan Azərbaycan və Gürcüstan, o cümlədən Qara dəniz üzərindən həyata keçirə bilər.

O ki qaldı İranın NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısının alınmasına, Azərbaycan və Ermənistanın Şimali Atlantika Blokuna üzvlük istəyi yoxdur. Cənubi Qafqazın üçüncü ölkəsi Gürcüstan üzvlükdən imtina etməsə də, Tiflis ilə Brüssel arasında hazırki münasibətlər şərtləri daxilində bu, mümkün deyil. Buna baxmayaraq, Cənubi Qafqazın hər 3 ölkəsi NATO-nun proqramlarında fəal iştirak edir, Azərbaycan və Gürcüstan isə Şimali Atlantika Blokunun əsas dövlətlərindən biri olan Türkiyənin bölgədəki əsas müttəfiqləridir. Bunu da Vilayəti bilməmiş deyil”, - Şahinoğlu vurğulayıb.

Tarix
2025.06.10 / 14:49
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

63 yaşlı nazirin 30 yaşlı xanımı Bakıda - Foto

Prezident Ksaba Leykonu qəbul etdi

Səfirimizin Paşinyana ermənicə salamı rezonans yaratdı - Video

Putinin fərmanı: Mehdiyevləri “təxliyə” edə bilər?

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla