Yuxarı

Moskva susur: Bu, İrəvana baha başa gələcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva susur: Bu, İrəvana baha başa gələcək

Ermənistanla İran arasında viza rejiminin ləğvi xüsusilə Avrasiya İttifaqı ilə münasibətlərə təsirsiz ötüşməyəcək. Çünki Avrasiya İttifaqı daxilində müəyyən prosedurlar var ki, onlar məsləhətləşmələr əsasında qəbul edilməlidir. Ancaq bu qərar birtərəfli addımdır və İran sözügedən ittifaqa daxil deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, bu razılaşma Rusiyanın müəyyən dairələrinə etirazlara səbəb ola bilər:

"Bu qərar ittifaq daxilində ziddiyyətlərə yol açacaq, hətta ehtimal irəli sürmək olar ki, Rusiyanın müəyyən dairələri məsələ ilə bağlı narazılıqlarını bildirəcəklər. Maraqlıdır, Kreml, hələ ki, susur. Belə bir addımın atılması növbəti mərhələdə Ermənistan-Rusiya danışıqlarına və ikitərəfli münasibətlərə təsir edə bilər".

Politoloqun sözlərinə görə, aprel hadisələrdən sonra Bakı Tehrandan İrəvana qarşı daha sərt addımlar gözləyirdi:

"Ermənistanla İran arasında bu yaxınlaşma Azərbaycan üçün təhlükə yarada bilər. Bakı hazırda bu prosesi diqqətlə saxlayır. Bu addım gələcəkdə Azərbaycanla İran arasında vizanın aradan qaldırılmasına maneə törədəcək. Çünki Bakı-Tehran münasibətləri hazırda yüksələn xətlə inkişaf edir, bir çox siyasi, iqtisadi maraqlar var. Belə bir vəziyyətdə İranın son hərəkəti həm təəssüf doğurur, həm də Tehranla münasibətlərə əngəllər yaradır".

Qeyd edək ki, Ermənistan parlamentinin növbədənkənar sessiyasında İranla viza rejiminin ləğvinə dair razılaşma təsdiqlənib. Belə ki, Ermənistan və İran vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək həmin ölkədə qala biləcəklər.

Tarix
2016.06.21 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla