Yuxarı

İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov

İsrail İranın hava hücumundan müdafiə sistemlərini (HHM) iflic etməyə nail oldu. İranın bu sistemi nə vaxt bərpa edə biləcəyi hələlik bəlli deyil. İsrail İranın hərbi rəhbərliyinin böyük hissəsini məhv etdi. Lakin bütün generallar dərhal yeniləri ilə əvəz olundu. Bu, hətta İran üçün müsbət hal ola bilər – rəhbərliyin gəncləşməsi ordunu gücləndirə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov İsrail və İran arasında zərbə mübadiləsinin nəticələri ilə bağlı fikirlərini bölüşərkən bildirib.

O, həmçinin vurğulayıb ki, İsrail mülki vətəndaşlar arasında böyük itkilərin qarşısını almağa nail oldu. Bu isə əhalini ayətullah rejiminə qarşı siyasi etirazlara səsləmək imkanı yarada bilər:

“İsrail dünyada qalib gələn tərəf təsiri yaratdı. Bu isə beynəlxalq dəstək qazanmaq baxımından əhəmiyyətlidir. İran göstərdi ki, İsrailin hava hücumundan müdafiə sistemləri tam güclü deyil. İran İsrailin əsas hədəfi olan nüvə obyektlərini tam qorumağı bacardı. Digər nəticələr isə hələlik qeyri-müəyyəndir”.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyundan İranın nüvə və hərbi bazalarına zərbələr endirir.

Tarix
2025.06.15 / 10:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla