Yuxarı

Prezident Nardaranda: Sakinlərlə görüş - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Nardaranda: Sakinlərlə görüş - Foto

12:36

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşüb.

Axar.az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib.

Qəsəbədə və ətraf ərazilərdə yolların yenidən qurulmasından danışan Prezident İlham Əliyev Bakı qəsəbələrinin, o cümlədən Nardaranın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini deyib, yeni iş yerlərinin açılmasının vacibliyini vurğulayıb.

Bakının qədim yaşayış məskənlərindən olan Nardaran qəsəbəsi sakinlərinin daim dövlətçiliyə sadiq olduqlarını bildirən Azərbaycan Prezidenti ölkəmizdə bütün azadlıqların, o cümlədən din azadlığının tam təmin edildiyini diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, qəsəbə sakinləri də ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfə verirlər.

Qəsəbə sakini Ağasəid Orucov göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Tarix
2016.06.21 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

İlham Əliyev Məhəmməd əl-Casirlə görüşdü

İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla