Yuxarı

Bu ölkə konsulluq xidmətini Tehrandan Bakıya göndərir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə konsulluq xidmətini Tehrandan Bakıya göndərir

Avstraliya hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən bütün Avstraliya diplomatlarını və onların ailə üzvlərini İrandan çıxarmaq və Tehrandakı səfirliyin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar verdiyini elan edib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Avstraliya İttifaqının xarici işlər naziri Penni Vonqun bəyanatında bildirilib.

“Avstraliya hökuməti bütün rəsmi şəxslərə və onların ailələrinə İranı tərk etmək göstərişi verib və ölkədə təhlükəsizliyin pisləşməsinə əsaslanaraq Tehranda səfirliyin fəaliyyətini dayandırıb”, – XİN başçısı bildirib.

Onun sözlərinə görə, Avstraliyanın İrandakı səfiri böhranlara cavab vermək üçün hökumətin səylərini dəstəkləmək məqsədilə regionda qalacaq.

“Xarici İşlər və Ticarət Nazirliyi İrandan çıxan avstraliyalılara dəstək göstərmək üçün Azərbaycana, o cümlədən onun sərhəd məntəqəsinə konsulluq əməkdaşlarını göndərir”, – o deyib.

Qeyd olunub ki, Yeni Zelandiya və İsveçrə də daxil olmaqla, digər ölkələr də oxşar tədbirlər görüb və onlar da Tehranda öz səfirliklərinin fəaliyyətini dayandırıblar.

Tarix
2025.06.20 / 07:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla