Yuxarı

Ukrayna vətəndaşları İrandan ölkəmizə təxliyə olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından 20 nəfərə yaxın Ukrayna vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

Axar.az xəbər verir ki, təxliyə qarşılıqlı razılaşmaya əsasən həyata keçirilir. "Astara" dövlət sərhədinin buraxılış məntəqəsindən keçən əcnəbi vətəndaşlar sərhədçilərin müşayiəti ilə qarşılanır.

Hər bir əcnəbi çay süfrəsinə dəvət olunur və zərurət olarsa hazır vəziyyətdə gözləyən həkim briqadası tərəfindən ilkin yardım göstərilir.

Səhər saatlarından etibarən kiçik qruplar halında əslən İrandan olan ABŞ və digər ölkə vətəndaşları, eləcə də 20-ə yaxın Ukrayna vətəndaşı da təxliyə üçün buraxılış məntəqəsinə daxil olublar.

Onların bildirdiyinə görə, səhər olmasına baxmayaraq, İran tərəfdə hələ ki, keçidi gözləyən insanlar çoxdur.

Tarix
2025.06.24 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

İran da, İsrail də “qazandığını” deyir: Bəs, uduzan kim?

Trampın siyasətdə acizliyi üzə çıxdı - Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla