Yuxarı

Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açıq-aşkar görsənir ki, işgəncə verməklə insanların vəhşicəsinə qətlə yetirilməsi hansısa dairələr tərəfindən sanksiyalaşdırılıb. Məqsəd azərbaycanlılar arasında qorxu yaratmaq, Azərbaycanı aşağılamaqla dövlətlərarası münasibətlərə ziyan vurmaqdır.

Axar.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev yekaterinqburqda OMON qüvvələrinin azərbaycanlılara qarşı zorakılığı, iki nəfərin öldürülməsi və onlarla soydaşımızın həbsi haqda danışarkən deyib.

O bildirib ki, Rusiyada Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və Rusiya Prezidentinin Ermənistan tərəfdən 44 günlük savaşa qatılmamasından narazı qalan qüvvələr var:

“Həmin dairələr Azərbaycanın Rusiya ilə dostluq münasibətlərini, rus dilinə böyük önəm verməsini düzgün qiymətləndirə bilmirlər, bunu bizim zəifliyimiz kimi qəbul edirlər. Bölgədə öz varlıqlarını yalnız hərbi iştirakda görən bu qaba güc tərəfdarları bizim Ermənistanla sülh sazişi imzalamağımızı da istəmirlər. Zatulinkimilər açıq formada bəyan edirlər ki, münaqişənin sülh müqaviləsi ilə başa çatması Rusiyanın tərəflərə təsir imkanlarını itirməsinə səbəb ola bilər. Həmin dairələr bu ağır qətli sifariş etməklə həm də Azərbaycana ismarış göndərmək istəyirlər ki, azərbaycanlıları Rusiyadan qovub, Azərbaycanda müəyyən sosial gərginlik yarada bilərik. Həm də zorakılığa məruz qalanların ifadələri ilə təsdiq olunur ki, bu yolla azərbaycanlıları qorxudub sındırmaqla, onları müharibəyə aparmaq istəyirlər. Konstitusiyamızın 31-ci maddəsinin 4-cü hissəsində düzünə göstəriş var ki, Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Heç bir əsasla bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Quru yolla vətəndaşlarımızın vətənlərinə qayıtmalarına icazə verməməyimizdən istifadə edən Rusiya onları mənən sındırıb müharibəyə göndərir”.

O bildirib ki, bununla Rusiya ya Azərbaycanı hansısa qərarların qəbulundan çəkindirmək, yaxud hansısa qərarlar qəbul etməyə məcbur etmək və ya qəbul olunmuş hansısa qərara görə cəzalandırmaq istəyir:

“Ona görə DTX və ya Baş Prokurorluq Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsi ilə cinayət işi başlamalı və təqsirli şəxsləri beynəlxalq axtarışa verməlidir. Eynilə Qroznı üzərində sərnişin təyyarəsini vuranları da”.

Tarix
2025.06.29 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla