Yuxarı

XİN-dən Papanın Qarabağ bəyannaməsinə - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən Papanın Qarabağ bəyannaməsinə - Reaksiya

Ümidvar olmaq istərdik ki, rəsmi Yerevan Roma Papası Fransiskin sülh çağırışından nəticə çıxaracaq.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi qeyd edib ki, Roma Papası Fransiskin Yerevanda Birgə bəyanat vasitəsilə Dağlıq Qarabağda sülhə çağırışı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyması, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılması, qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi və bununla da regionda sülhün və ədalətin bərqərar olunmasına çağırışdır:

"Roma Papası Fransiskin sülh çağırışı Ermənistanda edildiyi üçün bu çağırışın ünvan sahibi rəsmi Yerevandır. Ümidvar olmaq istərdik ki, rəsmi Yerevan Roma Papasının bu sülh çağırışından nəticə çıxaracaq və Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətinə tezliklə son qoyacaqdır".

Tarix
2016.06.27 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla