Yuxarı

Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk - İtaliya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk - İtaliya

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə "Auditoriyada səfirdir" layihəsi çərçivəsində İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo ilə görüş keçirilib.

Birlikdən Axar.az-a verilən məlumata görə, Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov İtaliya–Azərbaycan əlaqələrindən söz açaraq ölkələrimiz arasındakı münasibətlərin inkişafında gənclərin mühüm rolunu qeyd edib. O deyib : "Azərbaycanlı tələbələrin İtaliyada təhsil alması bizi çox sevindirir. Onlar həm oxuyur, həm də diaspor fəaliyyətinin genişlənməsinə töhfələrini verirlər. Bu, bizim üçün qürurvericidir".

Azərbaycanın bütün sahələri əhatə edən dinamik inkişafından danışan Milli Məclisin üzvü, professor Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində dünyanın aparıcı ölkələri ilə yüksək səviyyəli əlaqələr qurulub.

İtaliyanı Azərbaycanın önəmli ticarət tərəfdaşı adlandıran deputat ölkələrimiz arasında siyasi əlaqələrin hazırki vəziyyətini yüksək qiymətləndirib. O, ölkələrimizin münasibətlərin daha da möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb.

Diplomatik fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına qısa məlumat verən İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo deyib ki, ölkəsi Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın son illər əldə etdiyi uğurları yüksək qiymətləndirən səfir ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, Azərbaycanı multikulturalizm dəyərlərinin mövcud olduğu ölkə adlandırıb.

Ölkələrimiz arasında əlaqələrin inkişafına toxunan səfir qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın böyük tarixi var. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu enerji layihələrini yüksək dəyərləndirən italiyalı diplomat "Cənub Qaz Dəhlizi"nin önəmini vurğulayıb.

Azərbaycan dövlətinin apardığı uğurlu gənclər siyasəti barədə danışan Birliyin məsləhətçisi Taleh Quliyev belə görüşlərin keçirilməsinin gənclər üçün vacib olduğunu deyib. O, Azərbaycan həqiqətlərinin, onun ədalətli mövqeyinin dünyaya çatdırılmasında gənclərin vacib rol oynadığını bildirib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tarix
2016.06.27 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, proses başlayır

Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət

Göyçədəki yanğın Tavuşun sərhədinə çatdı

Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!

Azərbaycan bu ölkəni təbrik etdi

Kamran Əliyev həmkarını Bakıya dəvət etdi

Üç nəfərin öldüyü yanğın: vəzifəli şəxs həbs olundu

Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB

Ceyhun Bayramov İtaliyaya səfər etdi

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla