Yuxarı

Azərbaycanla münasibətə görə ürəyim qan ağlayır - Kalaşnikov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla münasibətə görə ürəyim qan ağlayır - Kalaşnikov

Son həftələrdə baş verənlər Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olmasını istəyənlər, özlərini bu mövzuya həsr edənlər, dövlətlərimizin sabit inkişafı və qüdrətini müdafiə edənlər arasında ciddi narahatlıq yaratmaya bilməz.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Hər zaman olduğu kimi, yaranmış vəziyyətdən qazanc əldə etməyə, hansısa siyasi xal qazanmağa çalışanlar da var ki, günahı əvvəl birinə, sonra başqasına yıxmağa çalışırlar. Belə oyunların əleyhinəyəm. Çünki bilirəm ki, Rusiya ilə Azərbaycanın, Putinlə Əliyevin əslində necə münasibətləri var. Bu vəziyyətdə ürəyim qan ağlayır. Axı bizim ölkələrimiz bir-birinə çox mehribandır. Liderlərimiz arasında çox səmimi münasibətlər var. Son illər münasibətlərimizdə müsbət irəliləyişlər sevindirməyə bilməzdi. Heydər Əliyevin vəsiyyətindən sonra İlham Əliyev Rusiya ilə strateji, yaxşı münasibətləri inkişaf etdirməyə davam etdi. Ölkələrimiz qarşılıqlı faydalı istiqamətlərdə irəliləyib. Yadımdadır, 90-cı illərdə çətin günlər olanda, Azərbaycan yolayrıcında olanda Heydər Əliyev ruslardan xahiş etdi ki, ölkədən getməsinlər. Onlar ona qulaq asdılar, inandılar və qaldılar. Böyük Əliyev respublikanın parçalanmasına imkan vermədi. Odur ki, münasibətlərimizdə olanları dəyərləndirməliyik. Ola bilsin ki, bu sözlər bəzilərinə rutin görünəcək, amma mənə elə gəlir ki, yalnız iki nəfər sakit, düşünülmüş və istənilən problemi bacarıqla həll etməyə qadirdir. Ən çətin anlarda belə vaxt tapıb, telefonu götürüb, bir-birinə zəng edib bütün məsələləri həll ediblər. Heç bir qüvvə dostluğumuza təsir edə bilməz. İstər Rusiyada, istərsə də Azərbaycanda heç bir millətçilik istəkləri bizim yaxşı münasibətlərimizi, insani bağlarımızı kəsə bilməyəcək. Mən buna tam əminəm”, - o bildirib.

Tarix
2025.07.08 / 10:48
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla