Yuxarı

Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlki illərdə Rusiyanın Yekaterinburq şəhərində qətl törətməkdə şübhəli bilinərək həbs edilən azərbaycanlı Səfərov qardaşlarının rəqibi olan sahibkarın avtomobilinin yandırılmasında əli olduğu ehtimal edilir.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Ura.ru" saytına Rusiyanın təhlükəsizlik qüvvələrindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, hadisə 2020-ci il noyabrın 20-nə keçən gecə Kirov rayonunda baş verib. Kadrlardan da göründüyü kimi, maskalı şəxslər "Toyota Lənd Kruzer" markalı avtomobili yandırıblar. Ertəsi gün polis Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi (əmlakı qəsdən məhv etmə və ya zədələmə) ilə cinayət işi açıb.

"Polis şöbəsində zərərçəkmiş iş adamı dərhal bildirib ki, Səfərovların cinayətdə əli ola bilər. Onun onlarla uzun müddətdir münaqişəsi var. Daha əvvəl o, Səfərovların saxta spirtli içkilərin satışı ilə məşğul olduğu ehtimalı ilə onlardan şikayət edib", - agentliyin mənbəsi bildirib.

Dəyən ziyan 1.8 milyon rubldan çox olub (təxminən 39 min manat - red.). Lakin cinayət işinin üstünü açmaq hələ mümkün olmayıb. Həbsdə olan Səfərov qardaşlarının müdafiəçisi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlılar - Ayaz, Akif, Məzahir, Kamal və Bəkir Səfərovlar, Əhliman Gənciyev, Şahin Lalayev və Əziz Abbasov kütləvi şəkildə həbs ediliblər. Onlar 2001-ci ildə ticarətçi Yunis Paşayevi öldürməkdə, 2010-cu ildə Fehruz adlı şəxsi öldürməyə cəhddə və 2011-ci ildə onu öldürməkdə şübhəli bilinirlər.

Tarix
2025.07.09 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Kurenkov Bakıdan Moskvaya əliboş qayıtdı

Yekaterinburqda saxlanılan Ayaz Səfərovla bağı qərar

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla