Yuxarı

Bu nazirlikdə mühüm təyinatlar oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirlikdə mühüm təyinatlar oldu

İqtisadiyyat Nazirliyində yeni kadr təyinatı olub.

Axar.az xəbər verir ki, Elvin Camalov nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Bu təyinatadək o, iqtisadiyyat nazirinin müşaviri kimi fəaliyyət göstərib.

Ayaz Əliyev iqtisadiyyat nazirinin müşaviri vəzifəsinə təyin olunub. O, 2001–2008-ci illərdə Vergilər Nazirliyində, 2008-ci ildən etibarən isə İqtisadiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

E.Camalov 1985-ci ildə anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Ümumi iqtisadiyyat” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə magistr dərəcəsi alıb. 2019-cu ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə ikinci magistr təhsilini başa vurub.

Əmək fəaliyyətinə 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi kimi başlayan E.Camalov nazirliyin müxtəlif strukturlarında çalışıb. 2019-2022-ci illərdə İqtisadi siyasət şöbəsinin müdir müavini, 2022-2024-cü illərdə isə həmin şöbənin müdiri olub. 2024-cü il iyunun 3-dən 2025-ci il iyulun 21-dək iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

O, 2020-ci il 23 iyun tarixli Prezident sərəncamı ilə dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

E.Camalov ailəlidir, bir övladı var.

Tarix
2025.07.23 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla