Yuxarı

Tələbələrin toplaya biləcəyi maksimum bal həddi açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi Azərbaycanın ali məktəblərində təhsil alan tələbənin toplaya biləcəyi balların maksimum həddini açıqlayıb.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyinin "Facebook" səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, yekun dövlət attestasiyasına görə, tələbənin toplaya biləcəyi balların maksimum həddi 100-ə bərabərdir. Bu balların hesablanması meyarları ali təhsil müəssisəsinin elmi şurası tərəfindən təsdiq edilir. Dövlət imtahanının qiymətləndirmə meyarları tamamilə fərqlidir. 17 bal qiymətləndirilməsi isə yalnız semestr imtahanlarının qiymətləndirilməsinə şamil edilir.

Qeyd olunub ki, təhsil aldığı dörd il ərzində bir tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilib. Əgər akademik borclar olan fənlərin krediti ilə semestrdə proqram üzrə nəzərdə tutulan prerekvizit fənlərin kreditlərinin ümumi sayı 30-dan çox deyilsə, tələbə bu halda akademik borcun ləğvinə görə əlavə təhsil haqqı ödəmir. Tələbə yalnız bu kreditlərin ümumi sayı bir semestrdə 30-dan çox olarsa, əlavə təhsil haqqı ödəyir (bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 olan tələbələr istisna olmaqla). Bütün hallarda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqqını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.

Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır. Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.

Tarix
2014.02.25 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla