Yuxarı

Şri-Lankadan Bakıya gələn ailə çıxılmaz vəziyyətdə...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şri-Lankadan Bakıya gələn ailə çıxılmaz vəziyyətdə...

Şri-Lanka vətəndaşı olan ailə Bakıda çətin vəziyyətdə qalıb.

Axar.az xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin yaydığı məlumata görə, Şri-Lankadan olan bir ailə turizm məqsədilə Bakıya səfər edib. Lakin ölkələrinə qayıtmaq istədikləri vaxt Şri- Lankada güclü leysan yağışları nəticəsində təbii fəlakət baş verib. Bu səbəbdən ölkəyə olan aviareyslər müvəqqəti olaraq dayandırılıb.

Mövcud vəziyyətlə əlaqədar ailə Azərbaycanda qalmağa məcbur olub. Hazırda ailənin kişi üzvü gündəlik əsasda oteldə qalmağa çalışsa da, davamlı yaşayış yeri və mütəmadi qida imkanı olmadığı üçün xanımının təhlükəsizliyini təmin etmək məqsədilə o, sığınacağa yerləşdirilib.

Məlumata görə, həyat yoldaşı hər gün xanımını ziyarət edib-edə bilməyəcəyini soruşur, hazırda maddi imkan tapmağa çalışır və səbirsizliklə ölkələrinə qayıdacaqları günü gözləyir. Bildirilib ki, bu müddət ərzində ailəyə lazımi dəstəyin göstərilməsi istiqamətində addımlar atılır.

Eyni zamanda kişinin bir dostu da ailənin vəziyyəti ilə yaxından maraqlanır. Beynəlxalq Miqrasiya Təşkilatı isə Şri-Lanka vətəndaşı olan ailənin geri dönüş biletlərinin təmin olunması üçün müvafiq işlər aparır.

Tarix
2025.12.19 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla